Çərşənbə axşamı, İyul 28, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Bakıda qız-gəlinləri oynadan dondurmaçı – Rəzalət, yoxsa əyləncə?

28/07/2026 08:45
CƏMİYYƏT
37 3
Bakıda qız-gəlinləri oynadan dondurmaçı – Rəzalət, yoxsa əyləncə?
50
Baxış sayı

Türkiyədən Bakıya gələn və sosial şəbəkələrin Azərbaycan seqmentində tənqid olunan “Çılğın dondurmaçı” ilə bağlı çağırışlar artır.

 

Paytaxtın mərkəzində dondurma satan Mehmet Dinç ritmik musiqilər və rəqslərlə dondurma satışı edən sosial media fenomenidir. Lakin onun qarşısında rəqs edən müxtəlif yaş təbəqələrindən olan azərbaycanlıların bu davranışı cəmiyyətdə birmənalı qarşılanmır.

 

Kimisi günahı türkiyəli dondurma satıcısında, kimisi vətəndaşlarımızda görür. Amma burada qəbahət görməyən, əyləncə olduğunu deyənlər də az deyil. Bəziləri isə Mehmetin Azərbaycandan uzaqlaşdırılmasını tələb edir.

 

Çılğın dondurmaçı”nın bu görüntüləri rekord qırır - VİDEO | Baku.ws Xəbər saytı - Son xəbərlər və HadisələrSosial şəbəkələri başına alan görüntülər və etiraz çağırışları hazırda müzakirə mövzusuna çevrilib. Onu da deyək ki, həmin şəxs Türkiyədən sonra Birləşmiş Ərəb Əmirliyində də fəaliyyət göstərib, sonra Azərbaycana gəlib. Onun videoları əsasən “TikTok” platformasında yayılıb. Hazırda donurmaçının “TikTok” hesabını 21 milyon istifadəçi izləyir. Məsələyə tanınmış şəxslər münasibət bildirib. Hətta müğənni Nadir Qafarzadə paylaşdığı videoda “Çılğın dondurmaçı”nın qarşısında rəqs edən qadınlar haqqında sərt və təhqiramiz ifadələr işlədib.

Bəs əslində necə olmalıdır? Doğurdanmı dondurma satan şəxsin qarşısında oynamaq qəbahət və ya mənəvi cəhətdən aşınmanın göstəricisidir?

 

Gündəm24.az xəbər verir ki, Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, kulturoloq Aydın Xan Əbilov qeyd edib ki, mentalitet adı ilə hər yeniliyə qarşı çıxmaq doğru deyil: “Görünüşünə, həyat tərzinə, mədəniyyətinə və sosial münasibətlərinə görə hər dövrün özünəməxsus xüsusiyyətləri olur.

 

Bəzən bu dəyişikliklər gündəlik həyatda, bəzən incəsənətdə və mədəniyyətdə, bəzən isə sosial fəaliyyət və biznes sahəsində özünü göstərir. Dövrün tələblərinə uyğun olaraq müxtəlif kreativ yanaşmalar meydana çıxır və cəmiyyətlər də buna uyğun şəkildə formalaşır.

Dünyanın bir çox ölkəsində insanlar bu cür yenilikləri təbii qarşılasalar da, nədənsə Azərbaycanda hər yeniliyə irad tutmaq, hər məsələdə qüsur axtarmaq adət halını alıb. Azərbaycan cəmiyyəti ümumilikdə yeniliklərə açıq görünür, lakin söhbət qadınlar və qızlarla bağlı hər hansı məqamdan gedəndə, bəzilərinin reaksiyası dərhal dəyişir. Etirazlar başlayır, sosial şəbəkələrdə müzakirələr qızışır, təhqirlər səslənir və məsələ bir anda “mentalitet”, “milli-mənəvi dəyərlər” müstəvisinə daşınır”.

 

Aydın Xan Əbilov bildirib ki, məzəli və çılğın dondurmaçılar dünyanın bir çox ölkəsində olduğu kimi, qardaş Türkiyədə də uzun illərdir fəaliyyət göstərirlər: “Onlar kreativ satış üsulları, zarafatları, rəqsləri və maraqlı təqdimatları ilə insanların diqqətini çəkir, xüsusilə yayın ayrılmaz şirniyyatı olan dondurmanı fərqli formada təqdim edirlər. Bu, artıq həmin ölkələrdə turizm və xidmət sektorunun bir hissəsinə çevrilib. Azərbaycanlı turistlər də Türkiyəyə gedəndə həmin dondurmaçıların etdiyi zarafatlara, atmacalara, rəqslərə böyük həvəslə qoşulur, bunu əyləncə kimi qəbul edir, videolar çəkir, gülür və paylaşırlar”.

 

Kulturoloq vurğulayıb ki, belə hallara görə xarici vətəndaşların ölkədən çıxarılması və ya deportasiya olunması ilə bağlı çağırışlar düzgün yanaşma deyil: “Uzun illərdir cəmiyyətimizdə xüsusilə qadın və qızlara münasibətdə “özünü ağır aparmaq” anlayışı mental dəyər kimi təqdim edilir. Ancaq zaman dəyişir. Yeni nəsil bu cür yanaşmaları əvvəlki nəsillər qədər qəbul etmir. Əksinə, belə məhdudiyyətlərlə qarşılaşdıqca etirazını daha sərbəst, daha açıq və daha liberal formada ifadə edir. Gənclər dünyaya daha fərqli baxır və bir çox məsələdə əvvəlki nəslin mühafizəkar yanaşmasını bölüşmür. Unutmayaq ki, dondurma əsasən uşaqların, yeniyetmələrin və gənclərin ən çox istehlak etdiyi məhsullardan biridir. Kimsə rəqs edib dondurmasını almaq istəyirsə, bu onun seçimidir. Kimsə sadəcə dondurmasını alıb sakitcə yoluna davam etmək istəyirsə, bu da onun haqqıdır. Heç bir dondurmaçı kimisə zorla rəqs etdirmir, heç kimi məcbur etmir, heç kəsin iradəsinə zidd davranmır. Sadəcə təqdim etdiyi xidmətə maraqlı elementlər əlavə edir. İstəyən buna qoşulur, istəyən də qoşulmur. Bu, insanların dünyagörüşündən, xarakterindən, xasiyyətindən və əyləncəyə münasibətindən asılı olan məsələdir. Buna görə kiminsə ölkədən qovulmasını, deportasiya edilməsini tələb etmək mənə anlaşılan gəlmir”.

 

Aydın Xan Əbilov: “Vasif Talıbovun övladlarının adları bu tip hadisələrdə hər zaman hallanıb” – YeniMedia.net – Sosial-Analitik PortalOnun sözlərinə görə, elə bu düşüncə tərzi ilə vaxtilə Azərbaycana gələn ərəb turistlərin buradan ayağı kəsildi: “Sonra müxtəlif kampaniyalar başladı, ərəb turistləri haqqında mənfi stereotiplər yaradıldı. Nəticədə bu gün həmin turistləri Azərbaycanda demək olar ki, görmürük. Onlarla birlikdə həmin turistlərə xidmət göstərən restoranlar, otellər, əyləncə mərkəzləri və bütövlükdə turizm sektoru da ciddi zərbə aldı. Bu gün ərəb turistləri daha çox Türkiyəyə, Gürcüstana, hətta Ermənistana üz tuturlar. Eyni münasibəti İrandan gələn turistlərə qarşı da gördük. Onlar haqqında müxtəlif videolar çəkildi, saysız-hesabsız iddialar səsləndirildi. Guya burada çadır qururlar, araq içirlər, rəqs edirlər və sair. Nəticədə onlar da istiqamətlərini dəyişdilər”.

Oxşarxəbərlər

Bakının bəzi yollarında tıxac yarandı
CƏMİYYƏT

Bakının bəzi yollarında tıxac yarandı

28/07/2026 09:04
50
Avtomobili etibarnamə ilə idarə edənlərinə nəzərinə: Ləğv oluna bilər…
CƏMİYYƏT

Avtomobili etibarnamə ilə idarə edənlərinə nəzərinə: Ləğv oluna bilər…

28/07/2026 09:01
50
Xəzərdən bu qiymətli məhsul oğurlanıb, hara daşınır? – İnanılmaz
CƏMİYYƏT

Xəzərdən bu qiymətli məhsul oğurlanıb, hara daşınır? – İnanılmaz

28/07/2026 08:59
50
Bakının bir çox ərazisində işıq olmayacaq
CƏMİYYƏT

Bakının bir çox ərazisində işıq olmayacaq

28/07/2026 08:58
50
Bakıda Sevil Əliyeva ilə görüşüb, “Ana” mahnısını oxudu – VİDEO
CƏMİYYƏT

Bakıda Sevil Əliyeva ilə görüşüb, “Ana” mahnısını oxudu – VİDEO

27/07/2026 21:45
56
Bu xəstəxanada cərrah yoxdur? – TƏBİB-dən açıqlama
CƏMİYYƏT

Bu xəstəxanada cərrah yoxdur? – TƏBİB-dən açıqlama

27/07/2026 21:33
56

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Ağır qəza BAŞ VERİB: ÖLƏN VAR

Ağır qəza BAŞ VERİB: ÖLƏN VAR

28/07/2026 09:38
50
AMB bu günün valyuta məzənnələrini açıqladı

AMB bu günün valyuta məzənnələrini açıqladı

28/07/2026 09:25
51
Moskva ALOVLAR İÇİNDƏ: Yüzlərlə dron paytaxta HÜCUM ETDİ – VİDEO

Moskva ALOVLAR İÇİNDƏ: Yüzlərlə dron paytaxta HÜCUM ETDİ – VİDEO

28/07/2026 09:24
52
Bakının bəzi yollarında tıxac yarandı

Bakının bəzi yollarında tıxac yarandı

28/07/2026 09:04
50

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Təpəbaşı məscidi – İrəvanın qədim dini-memarlıq abidələrindən biri

Təpəbaşı məscidi – İrəvanın qədim dini-memarlıq abidələrindən biri

27/07/2026 10:07
72

Əski Parçası ilə Bağlanan Təhlükə: Sumqayıt Elektrik Şəbəkəsi Hara Baxır?-FOTOLAR

Əski Parçası ilə Bağlanan Təhlükə: Sumqayıt Elektrik Şəbəkəsi Hara Baxır?-FOTOLAR

24/07/2026 15:51
96

Qərbi Azərbaycanın memarlıq incisi – Məhəmməd Sərtib xan məscidi

Qərbi Azərbaycanın memarlıq incisi – Məhəmməd Sərtib xan məscidi

24/07/2026 09:44
77

“Su axar çuxurunu tapar” deyiblər… Burada isə hamam suyunun ünvanı qonşunun evidir!-VİDEO

“Su axar çuxurunu tapar” deyiblər… Burada isə hamam suyunun ünvanı qonşunun evidir!-VİDEO

23/07/2026 20:11
76

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.