Çərşənbə, Oktyabr 21, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

“Biz qonşuyuq, buradan heç kəs köçən deyil ki” – İranın keçmiş səfirindən AÇIQLAMA

28/07/2026 18:56
Siyasət
807 33
“Biz qonşuyuq, buradan heç kəs köçən deyil ki” – İranın keçmiş səfirindən AÇIQLAMA
696
Paylaşım sayı
966
Baxış sayı

Xəbər verdiyimiz kimi, İran İslam Respublikasının Kəşfiyyat Nazirliyinin bəzi xarici media subyektlərini, o cümlədən Azərbaycanın dövlət televiziya kanalı AzTV-ni “düşmən media qurumları” siyahısına daxil edib.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında İranın Azərbaycandakı keçmiş səfiri, politoloq Əfşar Süleymani bildirdi ki, bu, yeni məsələ deyil:

“İllərdir həm Azərbaycanda, həm də İranda bəzi xəbər agentlikləri və televiziya kanalları bir-birinin əleyhinə materiallar yayımlayırlar. Bu, uzun müddətdir davam edən prosesdir. Bəzi dövrlərdə bu hallar azalıb və o qədər də diqqət çəkməyib. Bəzi vaxtlarda isə əksinə, daha da artıb, geniş yayılıb və hər iki cəmiyyətdə mənfi təəssürat yaradıb. Bu reallıqdır. Mən bu xəbəri dünən oxudum və bir sıra məqamlar yadıma düşdü. Burada əsas məsələ ondan ibarətdir ki, bu, birtərəfli proses deyil. Həm İranda, həm də Azərbaycanda bir-birinin əleyhinə informasiyalar yayılıb, tənqidlər səsləndirilib və bu proses müxtəlif media qurumları vasitəsilə davam edib. İranın Kəşfiyyat Nazirliyi də yəqin ki, öz qiymətləndirməsinə əsaslanaraq belə bir qərar qəbul edib və Azərbaycan Televiziyasını həmin siyahıya daxil edib. Onlar AzTV-də İranla bağlı yayımlanan materialları əsas gətiriblər. Azərbaycan tərəfi də qarşılıqlılıq prinsipindən çıxış edərək İranın “Səhər” telekanalı və “Mehr” agentliyi ilə bağlı müvafiq qərarlar qəbul edib. Yəni hər iki tərəfin bu addımları atmasına səbəb olan amillər olub”.

Müsahibimiz əlavə etdi ki, bu prosesi İran tərəfi başladıb:

“Amma ümumilikdə məsələni illərdir izləyən biri kimi deyə bilərəm ki, bu cür addımlar səbəbsiz yaranmayıb. Mən bu prosesi uzun illər müşahidə etmişəm. Azərbaycanda İranın səfiri işlədiyim dövrdə çalışırdım ki, belə hallar minimuma ensin. Hətta o vaxt “Səhər” telekanalının fəaliyyətində də çalışdım ki, əsas istiqamət Azərbaycan əleyhinə materiallar deyil, dostluğun, əməkdaşlığın möhkəmləndirilməsi və xalqların bir-birinə yaxınlaşdırılması olsun. Eyni zamanda Azərbaycanda da müxtəlif media rəhbərləri, o cümlədən AzTV-nin rəhbərliyi və digər televiziya kanalları ilə görüşlərimiz olurdu. Məqsədimiz münasibətlərin dostluq ruhunda inkişaf etməsinə töhfə vermək idi. Əgər iki tərəf arasında narazılıq doğuran məsələlər vardısa, hesab edirdim ki, bunlar mediada deyil, qapalı və rəsmi danışıqlarda müzakirə olunmalı, həll yolu tapılmalı idi”.

Əfşar Süleymani qeyd etdi ki, hətta o dövrdə İran və Azərbaycanın təhlükəsizlik qurumları arasında rəsmi əlaqə mexanizmləri mövcud idi:

“İranın Təhlükəsizlik Nazirliyinin nümayəndəsi Azərbaycanda fəaliyyət göstərirdi, Azərbaycanın da İranda müvafiq nümayəndəsi var idi. Onlar mütəmadi əlaqə saxlayır, problemləri müzakirə edir və onların ictimailəşmədən həll olunmasına çalışırdılar. Bu əməkdaşlıq kifayət qədər uğurlu idi. Eyni zamanda, İran və Azərbaycan arasında hərbi attaşelər də fəaliyyət göstərirdi. Müdafiə və təhlükəsizlik sahəsində qarşılıqlı səfərlər təşkil olunur, yüksək səviyyədə əməkdaşlıq həyata keçirilirdi. Həmin dövrdə münasibətlərin möhkəmlənməsi üçün kifayət qədər ciddi işlər görülmüşdü. Lakin sonradan vəziyyət dəyişdi. Xüsusilə Qarabağ məsələsi və 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə münasibətlərdə yenidən problemlər yarandı. Görünür ki, bu gün də İran və Azərbaycan arasında qarşılıqlı etimad hələ arzuolunan səviyyədə deyil və baş verənlər də bunu göstərir. Əslində, bu qərarlar qəbul edilməzdən əvvəl tərəflər bir-biri ilə danışa bilərdilər. Məsələlər müzakirə olunsaydı, bəlkə də nə Azərbaycan Televiziyası ilə bağlı belə qərar qəbul edilərdi, nə də Azərbaycan tərəfi “Səhər” telekanalı və “Mehr” agentliyi ilə bağlı qarşılıqlı addım atardı”.

Keçmiş səfir bildirdi ki, bu dövrdə bu proseslərin içində olsaydı, müəyyən diplomatik yollarla belə vəziyyətin qarşısını alardı:

“Özümü tərifləmək istəmirəm, sadəcə uzun illər bu məsələlərlə məşğul olmuşam, onların incəliklərini bilirəm və düşünürəm ki, müəyyən həll yolları tapmaq olardı. Ona görə də hesab edirəm ki, hər iki tərəfin qəbul etdiyi bu qərarlar problemin həlli deyil. Əksinə, biz yenə də nələrinsə şahidi olacağıq. Bu məsələni kökündən həll etmək üçün ilk növbədə qarşılıqlı etimad bərpa olunmalı, davamlı dialoq aparılmalı və problemlər masa arxasında həll edilməlidir. Təəssüf ki, hazırda bu mexanizmlər kifayət qədər işləmir.

Ümid edirəm ki, gələcəkdə qarşılıqlı anlaşma yaranacaq, tərəflər bir-biri ilə daha çox dialoq quracaq, mövcud problemləri müzakirə yolu ilə həll edəcək və münasibətlər daha da möhkəmlənəcək. Çünki biz qonşuyuq, buradan heç kəs köçən deyil ki. Münasibətləri sağlam əsaslar üzərində qurmaq vacibdir ki, başqaları da bu vəziyyətdən sui-istifadə edə bilməsinlər”.

Oxşarxəbərlər

Azərbaycan Özbəkistanda qızıl çıxaracaq
Manşet

Azərbaycan Özbəkistanda qızıl çıxaracaq

21/10/2026 16:03
953
Leyla Əliyeva Səmərqənddə açılış mərasimində
Manşet

Leyla Əliyeva Səmərqənddə açılış mərasimində

21/10/2026 14:41
951
Prezidentin Mətbuat Xidməti AÇIQLAMA YAYDI
Manşet

Prezidentin Mətbuat Xidməti AÇIQLAMA YAYDI

21/10/2026 13:51
956
Prezidentdən Gəncə Memorial Kompleksi ilə bağlı – Sərəncam
Manşet

Prezidentdən Gəncə Memorial Kompleksi ilə bağlı – Sərəncam

20/10/2026 16:07
956
Qarabağ Milli Parkı yaradıldı – Sərəncam
Manşet

Qarabağ Milli Parkı yaradıldı – Sərəncam

20/10/2026 15:57
955
Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstandan Ermənistanla bağlı ADDIM
Dünya

Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstandan Ermənistanla bağlı ADDIM

20/10/2026 15:10
964

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Azərbaycanda kirayə mənzillərlə bağlı qaydalar dəyişdi

Azərbaycanda kirayə mənzillərlə bağlı qaydalar dəyişdi

21/10/2026 16:59
954
Balıq bazarında qiymətlər dəyişdi

Balıq bazarında qiymətlər dəyişdi

21/10/2026 16:22
953
Yevlaxda qeysəriyyə əməliyyatı zamanı uşaq öldü

Yevlaxda qeysəriyyə əməliyyatı zamanı uşaq öldü

21/10/2026 16:14
953
Günel qız uşağı övladlığa götürmək istəyir

Günel qız uşağı övladlığa götürmək istəyir

21/10/2026 16:10
954

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Göyçənin qədim yurdu Abdalağalı: Tarixin yaddaşında yaşayan kənd

Göyçənin qədim yurdu Abdalağalı: Tarixin yaddaşında yaşayan kənd

21/10/2026 08:10
957

Sumqayıtda Şəhid Rüfət Əhmədzadənin Anım Tədbiri Keçirilib-FOTOLAR

Sumqayıtda Şəhid Rüfət Əhmədzadənin Anım Tədbiri Keçirilib-FOTOLAR

20/10/2026 18:58
970

Qərbi Azərbaycanın Başköy kəndi – tarixin izlərini yaşadan yurd

Qərbi Azərbaycanın Başköy kəndi – tarixin izlərini yaşadan yurd

20/10/2026 08:20
963

QAİ Sumqayıt nümayəndəliyində 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

QAİ Sumqayıt nümayəndəliyində 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

19/10/2026 18:06
993

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.