Rəsmi təqvimdə qeyri-iş günü elan edilən bayramlarda əksəriyyət istirahət etsə də, fəaliyyətini fasiləsiz davam etdirən sahələr də var.
Gündəm24.az xəbər verir ki, nəqliyyat, rabitə, tibb müəssisələri və digər xidmət sahələrinin əməkdaşları bayram günlərində də iş başında olurlar.
Bəs belə günlərdə çəkilən zəhmətin maddi qarşılığı qanunvericiliklə necə tənzimlənir?
Əmək Məcəlləsinin tələbi bu məsələdə birmənalıdır — bayram günlərində çalışan şəxslərə görülən işə görə minimum ikiqat əməkhaqqı ödənilməlidir.














