Çin Xalq Respublikası öz vətəndaşlarına İranda vəziyyətin gərgin qalması səbəbilə ölkəni mümkün qədər tez tərk etməyi və ya daha təhlükəsiz bölgələrə köçməyi tövsiyə edib.
Gündəm24.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, hava məkanının qismən açılmasına baxmayaraq, ümumi vəziyyət “mürəkkəb və qeyri-sabit” olaraq qalır. Nazirlik İranda olan Çin vətəndaşlarını sağlamlıq və təhlükəsizlik üçün risk yarada biləcək ərazilərdən uzaq durmağa və əlavə ehtiyat tədbirləri görməyə çağırıb.
Eyni zamanda, hazırkı şəraitdə Çin vətəndaşlarına İrana səfər etməmələri barədə əvvəlki xəbərdarlıq da bir daha təkrarlanıb./KONKRET.az














