Çərşənbə axşamı, Oktyabr 20, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Çin silahları Bakının DİQQƏTİNDƏ – Nazirin o səfəri…

16/09/2026 19:30
Siyasət
786 50
Çin silahları Bakının DİQQƏTİNDƏ – Nazirin o səfəri…
692
Paylaşım sayı
961
Baxış sayı

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 13-cü Pekin Syanşan Forumunda iştirak etmək üçün Çin Xalq Respublikasında işgüzar səfərdədir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

General-polkovnik Zakir Həsənov Çin Aerokosmik Elmi və Sənaye Korporasiyasının (CASIC – China Aerospace Science and Industry Corporation) istehsalat bazasında olub. Burada CASIC-in Baş direktoru cənab Çen Şaoyan ilə görüşən müdafiə naziri müdafiə təyinatlı müxtəlif sistemlərə baxış keçirib. Səfər çərçivəsində Zakir Həsənov Çinin milli müdafiə naziri admiral Dong Jun ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, beynəlxalq təhlükəsizlik və sabitlik, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

Bəs hazırda Azərbaycanın hərbi parkında Çin istehsallı sistem və ya texnika varmı? Bakı ÇİN silahları almağamı hazırlaşır?

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov Musavat.com-a bildirib ki, əslində Azərbaycan üçün Çin hərbi texnologiyası yeni məsələ deyil. Bunun ən açıq nümunəsi JF-17C Block III qırıcılarıdır: “2024-cü ilin sentyabrında Prezident İlham Əliyevə təqdim olunan bu təyyarələr Pakistan Aviasiya Kompleksi və Çinin Chengdu Çin Aviasiya Korporasiyasının birgə layihəsidir. Azərbaycan Prezidentinin rəsmi saytında açıq şəkildə bildirilir ki, JF-17C Block III təyyarələri artıq Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilib. Deməli, Azərbaycanın hərbi aviasiyasında Çin texnologiyası yer alır. Bundan əlavə, 2025-ci ilin noyabrında Bakıda keçirilən hərbi paradın məşqləri zamanı Çin istehsalı FD-2000B (HQ-9B ailəsi) hava hücumundan müdafiə sisteminin görüntüləri yayılmışdı.

İndi isə müdafiə naziri Zakir Həsənovun Çinin əsas raket və müdafiə texnologiyası istehsalçılarından biri olan CASIC-in müəssisəsində müxtəlif sistemlərlə tanış olması yeni mərhələnin başlanması ehtimalını artırır. Amma hazırkı mərhələdə konkret yeni Çin silahının alınması barədə rəsmi açıqlama verilməyib. Azərbaycan Çinlə hərbi-texniki əməkdaşlığı genişləndirir və Pekində keçirilən son görüşlər bu əməkdaşlığın yeni silah və texnologiyaların əldə edilməsinə qədər inkişaf edə biləcəyini göstərən mühüm siqnaldır. Səfərin məzmunu hərbi-texniki əməkdaşlığın artıq sadəcə siyasi dialoq səviyyəsində olmadığını göstərir”.

Ekspert qeyd edib ki, CASIC (Çin Aerokosmik Elmi və Sənaye Korporasiyası) raket və hava hücumundan müdafiə sistemləri, qanadlı raketlər, bərk yanacaqlı raket texnologiyaları, kosmik və müxtəlif hərbi-elektron sistemlər üzrə Çinin əsas dövlət şirkətlərindən biridir. Bu səbəbdən Azərbaycan müdafiə nazirinin CASIC-in istehsalat müəssisəsinə səfəri yalnız protokol xarakterli ziyarət kimi görünmür: “Azərbaycanın son illərdə hərbi-texniki siyasətinin mühüm xüsusiyyətlərindən biri təchizat mənbələrinin şaxələndirilməsidir. Azərbaycan ordusunda Rusiya, İsrail, Türkiyə, Pakistan və digər ölkələrin istehsalı olan müxtəlif sistemlər mövcuddur. Çinlə əməkdaşlığın genişlənməsi də bu mənzərəyə əlavə istiqamət gətirə bilər. Bu yanaşma Bakıya bir tərəfdən texnoloji seçim imkanlarını artırır, digər tərəfdən hər hansı bir təchizatçıdan həddindən artıq asılılığın qarşısını almağa imkan verə bilər”.//musavat.com

Oxşarxəbərlər

İlham Əliyev: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
Manşet

İlham Əliyev: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır

19/10/2026 21:57
951
Ərdoğandan bu ölkəyə SƏRT İTTİHAM
Dünya

Ərdoğandan bu ölkəyə SƏRT İTTİHAM

19/10/2026 21:33
952
Ərdoğan qardaşlıq mesajı verdi – Azərbaycan əleyhdarları indi nə edəcək?
Dünya

Ərdoğan qardaşlıq mesajı verdi – Azərbaycan əleyhdarları indi nə edəcək?

19/10/2026 17:10
958
Dünya 3 noyabrı gözləyir: Tramp və Putin üçün “öldürücü zərbə”
Dünya

Dünya 3 noyabrı gözləyir: Tramp və Putin üçün “öldürücü zərbə”

19/10/2026 13:48
957
Azərbaycandan Ukraynaya Növbəti Dəstək: Səfirliyə Zəruri Avadanlıqlar Verildi
Manşet

Azərbaycandan Ukraynaya Növbəti Dəstək: Səfirliyə Zəruri Avadanlıqlar Verildi

19/10/2026 12:00
975
İlham Əliyev onu səhiyyə naziri təyin etdi – SƏRƏNCAM
Manşet

İlham Əliyev onu səhiyyə naziri təyin etdi – SƏRƏNCAM

19/10/2026 11:28
988

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Kim Çen İnın beyin qanaması keçirdiyi və komada olduğu iddia edilir

Kim Çen İnın beyin qanaması keçirdiyi və komada olduğu iddia edilir

19/10/2026 23:47
951
Gec varlansa da, böyük sərvət qazanan 4 bürc

Gec varlansa da, böyük sərvət qazanan 4 bürc

19/10/2026 23:07
951
İlham Əliyev: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır

İlham Əliyev: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır

19/10/2026 21:57
951
Sabah 17:00-dan başlayır – Hər kəsə elan edildi

Sabah 17:00-dan başlayır – Hər kəsə elan edildi

19/10/2026 21:51
952

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
QAİ Sumqayıt nümayəndəliyində 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

QAİ Sumqayıt nümayəndəliyində 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

19/10/2026 18:06
978

Rusiya Müdafiə Nazirliyindən açıqlama: Ukraynada bir sıra strateji obyektlərin vurulduğu bildirilir

Rusiya Müdafiə Nazirliyindən açıqlama: Ukraynada bir sıra strateji obyektlərin vurulduğu bildirilir

19/10/2026 10:05
998

QƏRBİ AZƏRBAYCANIN İNCİSİ — İLLİ KƏNDİ

QƏRBİ AZƏRBAYCANIN İNCİSİ — İLLİ KƏNDİ

19/10/2026 08:28
1k

Sumqayıtda şəhid Rüfət Əhmədzadənin xatirəsinə həsr olunan “25-ci Payız” sərgi-tədbiri keçirilib-FOTOLAR

Sumqayıtda şəhid Rüfət Əhmədzadənin xatirəsinə həsr olunan “25-ci Payız” sərgi-tədbiri keçirilib-FOTOLAR

16/10/2026 19:02
1k

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In