Çərşənbə, Noyabr 18, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Dondurucu soyuqlar gəlir – XƏBƏRDARLIQ

14/11/2026 17:53
CƏMİYYƏT, HAVA, Manşet
781 59
Dondurucu soyuqlar gəlir – XƏBƏRDARLIQ
695
Paylaşım sayı
965
Baxış sayı

Dünya 2026-2027-ci illərin qışına qeyri-adi atmosfer hadisəsi ilə daxil olur. Şimal qütbü üzərindəki soyuq hava sistemində tarixdə ən erkən pozulma qeydə alınarkən, güclənən El Nino hava proqnozlarını dəyişdirib. Ekspertlər noyabrın sonu və dekabrın əvvəlində Avropa və Şimali Amerikada yeni soyuq hava dalğalarının müşahidə oluna biləcəyi barədə xəbərdarlıq edirlər. Bəs bu qış sərt, yoxsa mülayim keçəcək?

 

Şimal yarımkürəsində qış fəslinin necə keçəcəyinə dair proqnozlar atmosferdə baş verən gözlənilməz dəyişikliklər səbəbindən yenidən nəzərdən keçirilir. Şimal qütbünün şaxtalı havasını ətrafında saxlayan qütb burulğanında rekord dərəcədə erkən zəifləmə baş verib. Eyni dövrdə Sakit okeanda güclənən El Nino isə qlobal hava sistemlərinə fərqli istiqamətdə təsir göstərir.

Gündəm24.az  bildirir ki, alimlərin fikrincə, bu iki böyük atmosfer hadisəsinin eyni vaxtda baş verməsi qarşıdakı aylarda temperatur və yağıntı proqnozlarını daha da mürəkkəbləşdirə bilər.

Normal şəraitdə yanvar-mart ayları arasında müşahidə olunan böyük qəfil stratosfer isinməsi hadisəsi bu il noyabrda baş verib. Əvvəllər belə hadisələrin ən erkən qeydə alındığı tarix noyabrın 28-i olub.

Atmosferin təxminən 16-48 kilometr yüksəklikdə yerləşən qatında baş verən dəyişiklik qütb burulğanını formalaşdıran güclü küləklərin zəifləməsinə və istiqamətini dəyişməsinə səbəb olur.

Bu vəziyyət Şimal qütbü ətrafındakı soyuq hava kütlələrinin daha cənubdakı ərazilərə yayılması ehtimalını artırır.

Qütb burulğanının zəifləməsi sərt qış şəraitinin xəbərçisi ola bilsə də, Sakit okeanda güclənən El Nino fərqli təsir göstərir.

ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) noyabrın 12-də yayımladığı qiymətləndirməyə görə, El Ninonun 2027-ci ilin ilk aylarınadək güclü və ya çox güclü səviyyədə davam etməsi ehtimalı 79 faizdən çoxdur.

El Nino okean səthində temperaturun yüksəlməsi nəticəsində atmosfer dövranını dəyişdirərək dünyanın müxtəlif bölgələrində temperatur və yağıntı rejiminə təsir göstərə bilir.

Ekspertlərin bir qismi güclü El Ninonun qütb burulğanındakı zəifləmənin səbəb ola biləcəyi kəskin soyuqları məhdudlaşdıra biləcəyini düşünür.

Qütb burulğanındakı qeyri-adi hərəkətliliyin ilk təsirləri Şimali Amerika və Avropada müşahidə olunmağa başlayıb.

ABŞ-ın şərqində temperaturun noyabr ayı üzrə orta göstəricilərdən 4-8 dərəcə aşağı düşəcəyi gözlənilir. Şimali Avropada da oxşar soyuq hava şəraitinin müşahidə olunacağı proqnozlaşdırılır.

Massaçusets Texnologiya İnstitutunun (MIT) iqlimşünası Cudah Koen əsas təsirlərin hələ qarşıda ola biləcəyinə diqqət çəkib.

Ekspertlərin fikrincə, noyabrın sonu və dekabrın əvvəlində Avropanın şimalında və Şimali Amerikanın şərqində daha güclü soyuq hava dalğaları baş verə bilər.

Avropada atmosfer dövranında baş verə biləcək dəyişikliklər Azərbaycanda da qış şəraiti baxımından əhəmiyyət daşıyır.

Qütb mənşəli soyuq hava kütlələrinin ölkəmizdə də temperaturun aşağı düşməsinə səbəb ola biləcəyi ehtimal olunur. Lakin hazırkı qiymətləndirmələr ölkə üzrə sərt qışın və ya intensiv qar yağışının olacağını qəti şəkildə göstərmir.

Soyuq havanın hansı bölgələrə təsir edəcəyi qarşıdakı həftələrdə formalaşacaq təzyiq sistemlərindən və atmosferdəki küləklərin istiqamətindən asılı olacaq.

Viskonsin-Medison Universitetinin meteoroloqu Andrea Lopez Lanq El Ninonun bu qış atmosferə təsirinin kifayət qədər güclü ola biləcəyini düşünür.

MIT-dən Cudah Koen isə El Ninonun təkbaşına həlledici olmayacağını, qütb burulğanındakı dəyişikliklərin də soyuq hava dalğalarının yaranmasında mühüm rol oynayacağını vurğulayır.

Ekspertlər qütb burulğanının yenidən güclənə biləcəyini, lakin qış boyunca yeni zəifləmələrin də baş verə biləcəyini bildirirlər.

Bu səbəbdən 2026-2027-ci illərin qışının necə keçəcəyi ilə bağlı hələlik qəti proqnoz vermək mümkün deyil./Musavat.com

Oxşarxəbərlər

Bakı–Sumqayıt yolu ən təhlükəli magistrallar sırasındadır
Hadisə

Bakı–Sumqayıt yolu ən təhlükəli magistrallar sırasındadır

17/11/2026 17:01
954
Yeni QADAĞA – 21 GÜN…
CƏMİYYƏT

Yeni QADAĞA – 21 GÜN…

17/11/2026 16:52
957
Azərbaycanda tanınmış aktrisa VƏFAT ETDİ
CƏMİYYƏT

Azərbaycanda tanınmış aktrisa VƏFAT ETDİ

17/11/2026 16:48
954
Misir Mərdanovdan deputatın təklifinə ETİRAZ: “Əlaqəsi yoxdur”
CƏMİYYƏT

Misir Mərdanovdan deputatın təklifinə ETİRAZ: “Əlaqəsi yoxdur”

17/11/2026 16:40
958
“Atamda xərçəng aşkarlandı, 20 günün içində öldü”
Manşet

“Atamda xərçəng aşkarlandı, 20 günün içində öldü”

17/11/2026 16:15
954
Bu marşrut avtobusları yenilənir – Qiyməti 70 qəpik olacaq
CƏMİYYƏT

Bu marşrut avtobusları yenilənir – Qiyməti 70 qəpik olacaq

17/11/2026 16:10
955

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Bakı–Sumqayıt yolu ən təhlükəli magistrallar sırasındadır

Bakı–Sumqayıt yolu ən təhlükəli magistrallar sırasındadır

17/11/2026 17:01
954
Yeni QADAĞA – 21 GÜN…

Yeni QADAĞA – 21 GÜN…

17/11/2026 16:52
957
Azərbaycanda tanınmış aktrisa VƏFAT ETDİ

Azərbaycanda tanınmış aktrisa VƏFAT ETDİ

17/11/2026 16:48
954
Misir Mərdanovdan deputatın təklifinə ETİRAZ: “Əlaqəsi yoxdur”

Misir Mərdanovdan deputatın təklifinə ETİRAZ: “Əlaqəsi yoxdur”

17/11/2026 16:40
958

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın Şalbulaq kəndi – Araz çayının sahilindəki qədim Azərbaycan yurdu

Qərbi Azərbaycanın Şalbulaq kəndi – Araz çayının sahilindəki qədim Azərbaycan yurdu

17/11/2026 09:12
954

Qərbi Azərbaycanın Kərkibaş kəndi – Göyçə mahalının qədim türk yurdu

Qərbi Azərbaycanın Kərkibaş kəndi – Göyçə mahalının qədim türk yurdu

16/11/2026 08:59
961

Elm və təhsil yolunda – Əhməd Vəliyevin ömür salnaməsi

Elm və təhsil yolunda – Əhməd Vəliyevin ömür salnaməsi

15/11/2026 18:48
1k

Qərbi Azərbaycanın Axura kəndi – Böyük Ağrı dağının ətəyində zəlzələ nəticəsində dağılan qədim yurd

Qərbi Azərbaycanın Axura kəndi – Böyük Ağrı dağının ətəyində zəlzələ nəticəsində dağılan qədim yurd

13/11/2026 09:27
968

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.