Çərşənbə, Sentyabr 23, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Dünyanın ən işlək beynəlxalq hava limanı həmişəlik bağlanacaq: Nə baş verir?

25/05/2026 19:55
Dünya
824 25
Dünyanın ən işlək beynəlxalq hava limanı həmişəlik bağlanacaq: Nə baş verir?
703
Paylaşım sayı
976
Baxış sayı

1960-cı ildən fəaliyyət göstərən və dünyanın ən işlək beynəlxalq hava limanı hesab edilən Dubay Beynəlxalq Hava Limanının (DXB) 2035-ci ildə tamamilə bağlanması planlaşdırılır.

Gündəm24.az  xəbər verir ki, bu barədə “Express” yazır.

Planlara əsasən, bütün aviasiya əməliyyatları tədricən hazırda genişmiqyaslı modernizasiya mərhələsində olan Al Maktum Beynəlxalq Hava Limanına (DWC) köçürüləcək. Layihənin dəyərinin təxminən 38 milyard dollar olduğu bildirilir. Tam həyata keçirildikdən sonra DWC dünyanın ən böyük aviasiya mərkəzinə çevrilməlidir.

Köçürülmə DXB-nin xidmət göstərdiyi bütün reysləri, o cümlədən “Emirates” və “flydubai” aviaşirkətlərinin uçuşlarını əhatə edəcək.

Modernizasiya başa çatdıqdan sonra Dubai World Central ərazisində yerləşən yeni hava limanı ildə 260 milyon sərnişinə qədər xidmət göstərə biləcək ki, bu da qlobal rekord sayılır.

Bu layihə BƏƏ-nin qlobal aviasiya və logistika sahəsində liderliyini gücləndirməyə yönəlmiş strateji planın bir hissəsidir.

Al Maktum Beynəlxalq Hava Limanının genişləndirilməsi çərçivəsində beş paralel uçuş-enmə zolağı və təxminən 400 təyyarə çıxışı tikilməsi nəzərdə tutulur.

“Dubai Aviation Engineering Projects” (DAEP) şirkətinin məlumatına görə, yeni hava limanı “ağıllı hava limanı sistemləri və sərnişin yönümlü xidmətlərin yeni erası” olacaq və beynəlxalq səyahətləri daha rahat edəcək.

“Dubai Airports”un baş direktoru Pol Qriffits bildirib ki, eyni ərazidə iki iri hava mərkəzinin paralel fəaliyyəti iqtisadi baxımdan məqsədəuyğun deyil:

“Biz bütün xidmətləri DWC-yə köçürəcəyik. DXB-nin mövcud infrastrukturu artıq istismar müddətinin sonuna yaxınlaşır, buna görə onu açıq saxlamaq böyük investisiyalar olmadan iqtisadi cəhətdən sərfəli deyil”.

DXB-nin bağlanmasının səbəblərindən biri də onun yerləşməsidir — hava limanı şəhər infrastrukturu və magistral yollar arasında sıxışıb qaldığı üçün genişləndirilə bilmir.

Gözlənilir ki, əsas köçürülmə prosesi 2032-ci ildən başlayacaq və layihənin tam tamamlanması 2057-ci ilə qədər davam edəcək.

Yeni hava limanının həmçinin “Etihad Rail” yüksək sürətli dəmir yolu ilə inteqrasiya olunması planlaşdırılır. Bu, Dubay və Əbu-Dabi arasında səyahət müddətini təxminən 30 dəqiqəyə endirəcək.(qaynarinfo)

Oxşarxəbərlər

Məhkəməyə bu geyimdə gələn vəkillə hakim arasında gərginlik – GÖRÜNTÜLƏR
Dünya

Məhkəməyə bu geyimdə gələn vəkillə hakim arasında gərginlik – GÖRÜNTÜLƏR

23/09/2026 18:31
959
SON DƏQİQƏ! Mansur Yavaş CHP-dən GETDİ
Dünya

SON DƏQİQƏ! Mansur Yavaş CHP-dən GETDİ

23/09/2026 14:47
956
TƏCİLİ! Rusiya Kiyevə genişmiqyaslı HÜCUMA KEÇDİ – VİDEO
Dünya

TƏCİLİ! Rusiya Kiyevə genişmiqyaslı HÜCUMA KEÇDİ – VİDEO

23/09/2026 14:28
957
İran sərhədlərə qoşun yığır – Yeni hazırlıq
Dünya

İran sərhədlərə qoşun yığır – Yeni hazırlıq

23/09/2026 14:05
962
Rus reper işçilərini girov götürərək onlara atəş açıb – Övladları da evdə olub
Dünya

Rus reper işçilərini girov götürərək onlara atəş açıb – Övladları da evdə olub

23/09/2026 13:55
956
Ermənistanın kəşfiyyat rəisi gecə ilə Bakını tərk etdi – Nə baş verib?
Dünya

Ermənistanın kəşfiyyat rəisi gecə ilə Bakını tərk etdi – Nə baş verib?

23/09/2026 09:39
967

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Gəncədə güllələnmə oldu: Yaralanan var

Gəncədə güllələnmə oldu: Yaralanan var

23/09/2026 19:18
955
“Coca-Cola”dan istifadəyə qadağa qoyuldu

“Coca-Cola”dan istifadəyə qadağa qoyuldu

23/09/2026 19:02
997
Məhkəməyə bu geyimdə gələn vəkillə hakim arasında gərginlik – GÖRÜNTÜLƏR

Məhkəməyə bu geyimdə gələn vəkillə hakim arasında gərginlik – GÖRÜNTÜLƏR

23/09/2026 18:31
959
6 ayda yarım milyon insan öləcək — SƏBƏB

6 ayda yarım milyon insan öləcək — SƏBƏB

23/09/2026 18:30
980

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın qədim kəndi – Keflin SİRLİ TARİXİ

Qərbi Azərbaycanın qədim kəndi – Keflin SİRLİ TARİXİ

23/09/2026 08:08
963

Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

22/09/2026 08:17
975

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

21/09/2026 08:27
964

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
961

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In