Bəzi sosial media səhifələri və informasiya resurslarında tanınmış reper Elşad Xosenin Respublika Psixiatriya Xəstəxanasına yerləşdirildiyi və səhhətinin ağır olduğu barədə xəbərlər yayılıb.
Gündəm24.az xəbər verir kik, modern.az məsələ ilə bağlı iddialara aydınlıq gətirmək məqsədilə Səhiyyə Nazirliyi ilə əlaqə saxlayıb.
Nazirlikdən sorğumuza cavab olaraq bildirilib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, şəxsin psixi sağlamlığına, eləcə də psixiatriya və narkoloji xidmətlərdən istifadə etməsinə dair məlumatlar tibbi sirr hesab olunur və fərdi tibbi məlumatların məxfiliyi dövlət tərəfindən qorunur.
“Bu səbəbdən hər hansı şəxsin psixiatriya və ya narkoloji tibb müəssisəsində qeydiyyatda olub-olmaması barədə məlumat üçüncü şəxslərə və ya kütləvi informasiya vasitələrinə təqdim edilə bilməz. Belə məlumatlar yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda, şəxsin özünün razılığı ilə və ya məhkəmə, istintaq və digər səlahiyyətli dövlət orqanlarının qanuni tələbi əsasında açıqlana bilər”, – deyə rəsmi cavabda vurğulanıb.














