Əməkdar artist Elza Seyidcahan ailəsi haqda diqqətçəkən açıqlamalar edib.
Gündəm24.az xəbər verir ki, o, atasının uşaq ikən onları atıb getdiyini açıqlayıb.
Müğənni illərlə atasının axtarışına çıxsalar da, onu tapa bilmədiklərini bildirib.
O, atasının sağ və ya dünyadan köçdüyündən məlumatsız olduğunu etiraf edib.
Sənətçinin bu səmimi açıqlaması efirdə kövrək anlar yaşadıb və sosial şəbəkələrdə izləyicilər tərəfindən geniş müzakirə olunub.














