Çərşənbə, Sentyabr 23, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Ermənilər Azərbaycan benzini üstündə dava edir: təxribat planı…

24/12/2025 09:14
Gündəm
804 43
Ermənilər Azərbaycan benzini üstündə dava edir: təxribat planı…
701
Paylaşım sayı
973
Baxış sayı

Ermənistana ixrac olunan Azərbaycan benzini dünən günün sonundan etibarən yanacaqdoldurma məntəqələrində satışa çıxarılıb.

Gündəm24.az Publika.az-a istinadən xəbər verir ki, “Mega Trade” şirkətinin direktoru Karen Hayriyan İrəvan da daxil olmaqla Ermənistanın müxtəlif bölgələrindəki bütün “Run Oil” yanacaqdoldurma məntəqələrində Azərbaycan benzininin satışına başladıqlarını bildirib.

Şirkətin direktoru deyib ki, Azərbaycan yanacağının satış qiyməti əvvəl 440 dram nəzərdə tutulsa da, 430 dramdan satılıb.

“Əvvəlcə ilkin qiyməti elan etdik, lakin hesablamalardan sonra benzinin qiymətini 430 dram təyin etdik”, – o bildirib. Qeyd edib ki, Azərbaycan benzininin satışı ilə bağlı heç bir narahatlıq yoxdur.

“Mega Trade” şirkəti 11 vaqon, təxminən 600 ton Azərbaycan benzini alıb. Bu şirkətlə yanaşı, adı açıqlanmayan başqa şirkət də yanacaq alıb.

Azərbaycan benzininin satışa başlandığı gün Ermənistada revanşist qüvvələr təxribat xarakterli informasiyalar tirajlamağa başlayıb. Əsas diqqətçəkən məqamlardan biri “Azadlıq radiosu”nun erməni xidmətinin mənfi informasiya axını yaratmasıdır.

Radio yanacaqdoldurma məntəqələrinə gələn sürücüləri danışdırıb və “Azərbaycan benzini almayacam”, “Hələ də düşmənçilik davam edir” kimi neqativ mövqeləri tirajlayıb. Radio həmçinin, “Parlaq Ermənistan” partiyasının sədri Edmon Marukyanın Azərbaycan benzininin boykot edilməsi çağırışlarına yer verib.

Revanşistlər sosial şəbəkələrdə də saxta məlumatlar paylaşıblar. İddia edilib ki, Vanadzordakı (Qarakilsə) “Run Oil” yanacaqdoldurma məntəqəsində 44 günlük müharibə zamanı itkin düşmüş hərbçinin qardaşı ilə işçilər arasında benzinin satışına görə dava düşüb. Nəticədə yanacaqdoldurma məntəqəsinə ziyan dəyib. “Mega Trade” şirkəti bu məlumatı təkzib edib, Ermənistan polisi də belə bir faktın qeydə alınmadığını deyib.

“Hraparak” nəşri isə yazır ki, benzinin Ermənistanda satışa çıxarılması Paşinyan hakimiyyətinin ictimai şüuru dəyişmək məqsədindən qaynaqlanır.

“Ermənistanda bir çox insan daha münasib qiymətə olan Azərbaycan benzini alacaq. Hökumət də deyəcək ki, baxın, cəmiyyətdə heç bir problem, yaxud düşmənçilik yoxdur, Azərbaycanla sülhü ictimaiyyət istəyir”, – nəşr iddia edir.

Ermənistanda Azərbaycan benzininə görə qızğın müzakirələr gedir. Azərbaycanın neft məhsullarının Ermənistana ixracı həm iqtisadi, həm də siyasi müstəvidə dividentlər gətirsə də, sülhə qarşı olan revanşistlərin cəmiyyəti anti-mövqedə səfərbər etmək məqsədilə əllərindən gələni etdiyi müşahidə olunur.

Oxşarxəbərlər

AYNA tıxaca görə günahı onlarda görür – CAVAB
Gündəm

AYNA tıxaca görə günahı onlarda görür – CAVAB

23/09/2026 15:07
955
Türkiyədə saxlanılan azərbaycanlılarla bağlı yeni xəbər – “Həbsxana şəraiti deyil…”
Gündəm

Türkiyədə saxlanılan azərbaycanlılarla bağlı yeni xəbər – “Həbsxana şəraiti deyil…”

23/09/2026 14:37
955
Ermənilərin Kəlbəcər və Laçında ağlasığmaz addımı – FOTOLAR
Gündəm

Ermənilərin Kəlbəcər və Laçında ağlasığmaz addımı – FOTOLAR

23/09/2026 13:40
971
Kəşfiyyat rəhbərləri Bakıya toplandı – Yeni mexanizm formalaşır
Gündəm

Kəşfiyyat rəhbərləri Bakıya toplandı – Yeni mexanizm formalaşır

23/09/2026 13:30
953
Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir və həyətə çıxmağa icazə vermir? – VİDEO
Gündəm

Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir və həyətə çıxmağa icazə vermir? – VİDEO

23/09/2026 11:10
958
Kremldən Ərdoğanın təklifinə etiraz – Azərbaycanın mövqeyi nədir?
Gündəm

Kremldən Ərdoğanın təklifinə etiraz – Azərbaycanın mövqeyi nədir?

23/09/2026 09:55
958

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Gözlənilməz hadisələr YAŞANACAQ: YAXIN SAATLARDA…

Gözlənilməz hadisələr YAŞANACAQ: YAXIN SAATLARDA…

23/09/2026 15:51
956
Partiya sədrindən SKANDAL təklif: “Fahişəlik leqallaşdırılmalıdır”

Partiya sədrindən SKANDAL təklif: “Fahişəlik leqallaşdırılmalıdır”

23/09/2026 15:25
968
Anar Bayramov TƏBİB-də bu xanımlara vəzifə verdi (FOTO)

Anar Bayramov TƏBİB-də bu xanımlara vəzifə verdi (FOTO)

23/09/2026 15:24
954
Naxçıvanda ailə faciəsi: Körpə öldü, ata-ana yaralandı

Naxçıvanda ailə faciəsi: Körpə öldü, ata-ana yaralandı

23/09/2026 15:19
954

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın qədim kəndi – Keflin SİRLİ TARİXİ

Qərbi Azərbaycanın qədim kəndi – Keflin SİRLİ TARİXİ

23/09/2026 08:08
963

Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

22/09/2026 08:17
975

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

21/09/2026 08:27
963

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
961

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In