Bazar ertəsi, May 4, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Hansı yağlar damarları tıxayır? – Mütəxəsisdən tövsiyələr

04/05/2026 12:34
Sağlamlıq
41 1
Hansı yağlar damarları tıxayır? – Mütəxəsisdən tövsiyələr
53
Baxış sayı

Gündəlik qidalanmanın ayrılmaz hissəsi olan yağlar, düzgün seçilmədikdə damar tıxanıqlığı və ürək xəstəliklərinin əsas səbəbinə çevrilə bilər. Bir çoxları büdcəyə qənaət etmək üçün ucuz yağlara üstünlük veririk, lakin bu qənaət gələcəkdə ağır tibbi xərclərlə nəticələnə bilər. 

Bəs, həm cibə uyğun, həm də sağlamlığı qoruyan yağı necə seçmək lazımdır? Etiketdə hansı əlavələr və ya qatqılar yazıldıqda məhsulu almaqdan çəkinmək lazımdır? Hansı yağ növləri ürək-damar sağlamlığı üçün daha təhlükəsiz hesab olunur?

Bütün suallara Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Sfera.az-a açıqlamasında cavab verib.

 

Mütəxəssisin sözlərinə əsasən, gün ərzində enerjili olmaq və orqanizmin sağlam inkişafını təmin etmək üçün yağ qəbulu mütləq vacibdir və hər bir insanın yaşı, cinsi və gündəlik fiziki aktivliyinə görə qəbul etməli olduğu yağ miqdarı fərqlənir:

“Ümumilikdə nəzərə alsaq ki, yağların parçalanması orqanizmdə daha çox enerji tələb edir, buna görə də yağ qəbul edərkən sağlamlığa zərər verməmək üçün keyfiyyətli və mənşəyi bəlli olan məhsullardan istifadə etmək vacibdir. Adətən yağları heyvan və bitki mənşəli qidalardan alırıq və bu zaman onları düzgün istifadə etmədikdə, faydaları ilə yanaşı zərərləri də yarana bilər. Heyvan mənşəli yağlara gəldikdə, bu yağlar əsasən heyvanın südündə və ətində olur. Bu növ yağlar daha çox doymuş yağ turşularından ibarətdir. Onlar orqanizmin enerji ehtiyacını ödəməklə yanaşı, hormon balansının qorunmasında mühüm rol oynayır. Tərkibində A, D, E kimi yağda həll olan vitaminlər mövcuddur və bu, heyvanın növünə görə dəyişə bilər. Eyni zamanda, heyvan mənşəli yağlar yüksək kalorili olduğu üçün daha çox fiziki aktiv olan və idmanla məşğul olan insanlar tərəfindən daha sürətli enerjiyə çevrilə bilir. Bununla belə, heyvan mənşəli yağların qəbulunda miqdarın aşılmaması olduqca vacibdir. Bu yağlar göz sağlamlığı, immun sistemin güclənməsi və sümüklərin möhkəmlənməsi üçün faydalıdır. Tərkibində Omeqa-3 və Omeqa-6 kimi əvəzsiz yağ turşuları da mövcuddur ki, bunlar ürək-damar sağlamlığı üçün müsbət təsir göstərir”.

 


Ekspert xroniki xəstəlikləri olan, ürək-damar xəstəliklərindən və hipertoniyadan əziyyət çəkən şəxslərin hansı yağlardan istifadə etməməli olduqlarını bildirib:

“Ət və süd məhsullarındakı heyvan yağları yüksək miqdarda doymuş yağ ehtiva etdiyinə görə xolesterol səviyyəsini artıra bilər. Bu da ürək-damar xəstəlikləri riskini artıra bilər. Həddindən artıq heyvan mənşəli yağ qəbulu artıq çəki, piylənmə və maddələr mübadiləsinin pozulmasına səbəb olur. Bitki mənşəli yağlarda isə əsasən doymamış yağ turşuları üstünlük təşkil edir. Bu yağlar da Omeqa-3 və Omeqa-6 ilə zəngindir və ürək-damar sistemi, eləcə də mərkəzi sinir sisteminin düzgün fəaliyyəti üçün əhəmiyyətlidir. İnsanlar adətən yaşadıqları iqlim və coğrafi mövqeyə uyğun bitki yağlarından istifadə edirlər. Azərbaycanda daha çox zeytun, günəbaxan və digər bitki yağlarından istifadə olunur, lakin müxtəlif ölkələrdə fərqli bitki yağlarına da rast gəlinir. Doymamış yağların çoxluğu bitki yağlarını ürək-damar xəstəlikləri riskini azaldan amilə çevirir. Bu yağlar yaxşı xolesterolun (HDL) səviyyəsini artırır, pis xolesterolun (LDL) isə səviyyəsini azaldır. Bundan əlavə, antioksidant tərkibli olduqları üçün iltihabəleyhinə təsir göstərir və bioloji qocalmanı ləngidir. Lakin qeyd etmək lazımdır ki, bitki yağlarının tərkibində doymamış yağlar çox olduğu üçün qızartma zamanı, xüsusilə də emal olunmamış (soyuq sıxım) yağlar yüksək temperaturda strukturunu dəyişir. Bu zaman doymamış yağlar trans yağlara çevrilə bilər və nəticədə akrilamid kimi zərərli maddələr əmələ gəlir. Bu maddələr xüsusilə kanserogen təsirə malikdir. Buna görə də soyuq sıxım yağlardan qızartmalarda istifadə edilməməli, daha çox salatlarda və çiy şəkildə qəbul olunmalıdır. Bitki yağlarına üstünlük verən şəxslər də balanslı qidalanmalı və digər növ yağlardan da müəyyən miqdarda istifadə etməlidirlər. Bişirmə zamanı bəzi hallarda heyvan mənşəli yağlardan istifadə daha məqsədəuyğun hesab olunur. Ümumilikdə sağlam və təhlükəsiz qidalanma üçün hər iki növ yağın balanslı şəkildə qəbul edilməsi tövsiyə olunur. Ən vacib məqam isə miqdarın aşılmamasıdır. Çünki keyfiyyətli və sağlam yağlar belə normadan artıq qəbul edildikdə artıq çəki, piylənmə, ürək-damar xəstəlikləri və daxili orqanların yüklənməsi ilə nəticələnə bilər”.

M.Hüseynova yağ alarkən nələrə diqqət edilməli olduğunu da vurğulayıb.

 

Onun sözlərinə əsasən, Kərə yağı və digər yağ məhsullarında qiymət hər zaman keyfiyyət göstəricisi deyil:

 

“Əsas diqqət edilməli məqam məhsulun tərkibindəki süd yağının faizidir ki, bu da minimum 82-82,5% olmalıdır. Məhsulun əsas hissəsi inək südü və ya qaymaqdan ibarət olmalıdır. Laborator analizlər zamanı məhsulun turşuluğu, peroksid sayı, su miqdarı yoxlanılır, eyni zamanda mikrobioloji analizlərlə patogen bakteriyaların olub-olmaması müəyyən edilir. Xüsusilə idxal olunan məhsullar gəldiyi ölkənin standartlarına, həmçinin Avropa Birliyi və Kodeks Alimentarius tələblərinə uyğun olmalıdır. Bəzən bazarda kərə yağı adı ilə satılan məhsulların etiketində “bitki yağı qarışığı”, “spred” kimi ifadələr qeyd olunur. Bu cür məhsullar təbii kərə yağı hesab edilmir. Buna görə də etiket məlumatlarının düzgünlüyünə xüsusi diqqət yetirilməlidir. Qiymət artımı isə yalnız keyfiyyətlə deyil, eyni zamanda dünya bazarındakı qiymətlər, logistika xərcləri və digər faktorlarla bağlı ola bilər. Bundan əlavə, trans yağların qəbulu xüsusilə xroniki xəstəliyi olan insanlarda, uşaqlarda, yaşlılarda və hamilə qadınlarda sağlamlıq risklərini artırır, xəstəliklərin gedişini ağırlaşdıra bilər. İnkişaf dövründə olan (18-25 yaşa qədər) şəxslərdə isə inkişafın ləngiməsinə və ürək-damar xəstəlikləri riskinin artmasına səbəb ola bilər. Eyni zamanda orqanizmdə metabolik yüklənmə yarana bilər ki, bu da həm uşaqlar, həm də böyüklər üçün risklidir. Bu səbəbdən istər idxal məhsulları alarkən, istər topdansatış məntəqələrindən, istərsə də fərdi tədarükçülərdən məhsul əldə edərkən onun keyfiyyətinə xüsusi diqqət yetirilməlidir”.

Oxşarxəbərlər

Hansı yağlar damarları tıxayır? – Mütəxəsisdən tövsiyələr
Sağlamlıq

Hansı yağlar damarları tıxayır? – Mütəxəsisdən tövsiyələr

04/05/2026 12:34
51
Xərçəng hüceyrələrinin sayını azaldan tərəvəz
Sağlamlıq

Xərçəng hüceyrələrinin sayını azaldan tərəvəz

04/05/2026 09:09
53
Bu dərmanları qəbul edənlərə TƏHLÜKƏ XƏBƏRDARLIĞI
Sağlamlıq

Bu dərmanları qəbul edənlərə TƏHLÜKƏ XƏBƏRDARLIĞI

03/05/2026 10:37
63
Həkim məsləhəti olmadan ağrıkəsici qəbul edənlərə XƏBƏRDARLIQ
Sağlamlıq

Həkim məsləhəti olmadan ağrıkəsici qəbul edənlərə XƏBƏRDARLIQ

02/05/2026 20:27
57
Milyardlarla insanın çubuqla yemək yeməsinin əsl səbəbi
Sağlamlıq

Milyardlarla insanın çubuqla yemək yeməsinin əsl səbəbi

02/05/2026 10:00
60
Yarım saata adamı yatızdıran çay
Sağlamlıq

Yarım saata adamı yatızdıran çay

02/05/2026 09:00
56

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Bu müəllimlər ən yüksək bal topladı – ADLAR

Bu müəllimlər ən yüksək bal topladı – ADLAR

04/05/2026 14:07
54
Sülhün praktik faydalarını görürük – İlham Əliyev

Sülhün praktik faydalarını görürük – İlham Əliyev

04/05/2026 14:02
60
Çoxları bilmir: Pensiyaçılar bu vergilərdən azadır

Çoxları bilmir: Pensiyaçılar bu vergilərdən azadır

04/05/2026 13:51
58
Sabah iki rayonda qaz olmayacaq

Sabah iki rayonda qaz olmayacaq

04/05/2026 13:41
56

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Regional gərginlik pik həddə: İran dəniz nəqliyyatına sərt mesaj verdi

Regional gərginlik pik həddə: İran dəniz nəqliyyatına sərt mesaj verdi

04/05/2026 10:56
57

Dəniz əməliyyatı şok yarattı: İran bayraqlı gəmi ABŞ tərəfindən saxlanıldı

Dəniz əməliyyatı şok yarattı: İran bayraqlı gəmi ABŞ tərəfindən saxlanıldı

04/05/2026 09:42
55

Şou faciəyə çevrildi: Biri uşaq olmaqla 3 nəfər həyatını itirdi

Şou faciəyə çevrildi: Biri uşaq olmaqla 3 nəfər həyatını itirdi

04/05/2026 07:26
55

Moskva yenə hədəfdə: Daha iki dron məhv edildi

Moskva yenə hədəfdə: Daha iki dron məhv edildi

04/05/2026 06:33
54

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.