Cümə axşamı, İyun 18, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

İlaxır çərşənbəsinin adətləri…

17/03/2026 13:57
CƏMİYYƏT
52 1
İlaxır çərşənbəsinin adətləri…
67
Baxış sayı

Bu gün Novruz bayramının sonuncu – İlaxır çərşənbəsi (Torpaq çərşənbəsi) qeyd olunur. Bu çərşənbə bir çox bölgələrimizdə xüsusi təntənə ilə keçirilir və Novruzun müjdəçisi, təbiətin oyanışı kimi qəbul edilir.

Bəzən eşidirik ki, əvvəllər bu çərşənbə xüsusilə bölgələrdə daha təntənəli qeyd olunurdu. İndi isə həmin adətlərin bəziləri unudulub, yerini yeni, müasir ənənələr alıb.
Gündəm24.az  Qaynarinfo-ya istinadən xəbər verir ki, İlaxır çərşənbənin unudulan adətləri haqqında danışan folklorşünas, dosent Aynur Qəzənfərqızı ilk olaraq vurğulayıb ki, çərşənbələrin düzülüşündə – əvvəlcə su, od, yel, torpaq çərşənbəsi olmasında yanlışlıq olduğunu düşünür:
“Çünki əvvəlcə od – cəmrə, günəş oyanmalıdır ki, buzu əridib suyu isitsin. Suyun buzu əriyəndə torpaqdan axdığı üçün torpaq isinməyə başlayır. Buna görə də üçüncü çərşənbə torpaq olmalıdır. Su, torpaq və günəş isinəndən sonra isə hava isinməlidir. Məntiqi ardıcıllıq belə olmalıdır. Bu gün isə bu düzülüş dəyişib. Bəzi bölgələrimiz bu günü yel çərşənbəsi, bəziləri isə torpaq çərşənbəsi kimi qeyd edir”.
Folklorşünas qeyd edir ki, bu çərşənbə boz ayın son çərşənbəsidir. Bu isə o deməkdir ki, bir neçə gündən sonra köhnə il təhvil veriləcək, yeni il başlayacaq:
“Yaxın keçmişə – məsələn, 50-ci illərə qədər Novruz bayramına, xüsusilə Qərb bölgəsində, “Təzə il” deyirdilər. Daha sonra bu ad rəsmiləşdi və hamı “Novruz bayramı” deməyə başladı. İlaxır çərşənbədə əvvəllər el-oba bir yerə toplaşar, birlikdə şənlik edərdi. Çal-çağır önəmli idi. İnanca görə, İlaxır çərşənbəni hansı əhval-ruhiyyə ilə keçirirsənsə, il boyu da o əhval davam edir. Ona görə də bu günü sevinc, gülüş, mehribanlıq və xoş əhval-ruhiyyə ilə keçirmək vacib sayılırdı”.
İlaxır çərşənbənin unudulan və ya dəyişilmiş adətlərindən danışan Aynur Qəzənfərqızı bildirib ki, bu günlə bağlı çoxsaylı ənənələr mövcuddur:
“Əsas adətlərdən biri qapıpusmadır. Bu adət insanları xoş sözlər danışmağa sövq edir. Evlərdə xoş danışılması qapı pusmağa gələnlərə də müsbət enerji verir. Əvvəllər tonqalın yanında lopa yandırılırdı. Tonqal keçən ili, lopa isə həftənin yeddi gününü simvolizə edirdi. Tonqalın üzərindən hoppanarkən lopa da əldə tutulurdu və beləliklə, bir il ərzində qarşıya çıxan bəlaların odda yanıb yox olacağına inanılırdı.
İndi şirniyyatlar standartlaşsa da, keçmişdə hər bölgənin özünəməxsus şirniyyatı var idi. Məsələn, Qərb bölgəsində qatlama, Şamaxıda isə mütəkkə hazırlanırdı. Sonradan isə şəkərbura, paxlava və qoğal Novruzun əsas atributlarına çevrildi. Hesab edirəm ki, lopa adəti qorunmalıdır. Ümumiyyətlə, oddan istifadə bu bayramda mühüm əhəmiyyət daşıyır. Hər kəsin tonqalın üzərindən hoppanmasını tövsiyə edirəm”.
Folklorşünas əlavə edib ki, Novruzun daha bir maraqlı adəti vəsfi-haldır:
“Vəsfi-hallar insanın əhvalını yüksəltmək üçün edilirdi. Bəzən buna fal deyilsə də, əslində bu fal deyil. Çünki vəsfi-hal bayatılarında yalnız yaxşı sözlər, xoş arzular deyilməlidir. Bu mərasimdə kasaya su tökülür, ətrafına toplaşan qadınlar öz zinət əşyalarını suya qoyur və üzərini örtürlər. Daha sonra bayatı deyilir və sudan bir əşya çıxarılır. Həmin əşya kimə məxsusdursa, onun ilinin də bayatıda deyildiyi kimi keçəcəyinə inanılırdı”.
Digər adətlərdən danışan həmsöhbətimiz qurşaq sallamanı da xatırladıb:
“Qurşaq sallamanın ilkin mahiyyəti belə idi: əgər evdə ərə getmək istəyən qız vardısa, sallanan qurşağın içinə dəsmal qoyurdu. Əks halda, qurşaq noğulla doldurularaq geri qaytarılırdı. Sonradan bu adət papaq atmaqla eyniləşdi. Bu gün bəzi insanlar bu ənənəni unudub. Halbuki papağın içi mütləq doldurulmalıdır. Boş qaytarılması bərəkətin kəsilməsi kimi yozulur. Heç olmasa bir konfet qoyulub qaytarılmalıdır”.
Folklorşünas süfrə adətlərinə də toxunub:
“Süfrəyə mütləq quru meyvələr qoyulmalıdır. Çünki quru meyvələr bərəkəti simvolizə edir. Məsələn, Çillə gecəsində təzə meyvələr təqdim olunursa, Novruz gecəsində quru meyvələr üstünlük təşkil edir. Süfrədə səməni də mütləq olmalıdır.
Əvvəllər xonçalar İlaxır çərşənbədə və Novruz günü yeyilirdi. İndi isə bəzən bu ənənə dəyişdirilir və xonçalar sonrakı günlərə saxlanılır. Halbuki xonçadakı nemətlər həmin gün istifadə edilməlidir. Həmçinin ailədə olan hər bir üzvün adına şam yandırılması vacib sayılırdı”.
Həmsöhbətimiz sonda qeyd edib ki, bəzi şəxslər Novruzu İslama zidd hesab etsələr də, o bu fikirlə razı deyil:
“Məncə, insan təbiət hadisələrini izləməlidir. Bu bayramın dini inancla birbaşa əlaqəsi yoxdur. Diqqət etsəniz, İlaxır çərşənbəsində adətən sərt küləklər əsir, hava dəyişkən olur. Bu isə təbiətin oyandığının göstəricisidir. Ona görə də bu bayramı təbiətlə uyğun şəkildə qeyd etmək çox önəmlidir”.

Oxşarxəbərlər

Havalar isindikcə üzə çıxırlar: Bakıda da yayıldı – Diqqət etməsəniz…
CƏMİYYƏT

Havalar isindikcə üzə çıxırlar: Bakıda da yayıldı – Diqqət etməsəniz…

17/06/2026 23:10
51
Sökülən evlərin kompensasiya məsələsi ilə bağlı AÇIQLAMA
CƏMİYYƏT

Sökülən evlərin kompensasiya məsələsi ilə bağlı AÇIQLAMA

17/06/2026 22:36
50
Gələn həftə üç gün ardıcıl İŞ OLMAYACAQ
CƏMİYYƏT

Gələn həftə üç gün ardıcıl İŞ OLMAYACAQ

17/06/2026 20:06
54
Hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ: İyul-avqust aylarında…
CƏMİYYƏT

Hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ: İyul-avqust aylarında…

17/06/2026 19:41
55
Bakıda yeni bazar fəaliyyətə başladı
CƏMİYYƏT

Bakıda yeni bazar fəaliyyətə başladı

17/06/2026 18:36
55
Toy etmək istəyənlərin diqqətinə — Bu tarixdən bahalaşma olacaq
CƏMİYYƏT

Toy etmək istəyənlərin diqqətinə — Bu tarixdən bahalaşma olacaq

17/06/2026 18:00
58

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Havalar isindikcə üzə çıxırlar: Bakıda da yayıldı – Diqqət etməsəniz…

Havalar isindikcə üzə çıxırlar: Bakıda da yayıldı – Diqqət etməsəniz…

17/06/2026 23:10
51
Dünya ŞOKDA: Tramp İsrailə qarşı HƏRƏKƏTƏ keçdi – Nə baş verir?

Dünya ŞOKDA: Tramp İsrailə qarşı HƏRƏKƏTƏ keçdi – Nə baş verir?

17/06/2026 22:54
53
Sökülən evlərin kompensasiya məsələsi ilə bağlı AÇIQLAMA

Sökülən evlərin kompensasiya məsələsi ilə bağlı AÇIQLAMA

17/06/2026 22:36
50
Elgiz efirə qayıdır?

Elgiz efirə qayıdır?

17/06/2026 22:30
53

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Şərur mahalı: Arazın sahilində unudulmayan yurd

Şərur mahalı: Arazın sahilində unudulmayan yurd

17/06/2026 10:42
56

“Dövlətə xəyanət” ittihamı gündəmdə: Saxlanılanları ağır cəza gözləyir

“Dövlətə xəyanət” ittihamı gündəmdə: Saxlanılanları ağır cəza gözləyir

17/06/2026 08:51
55

Messi tarixə keçdi: Altı Dünya Kuboku, 16 qol və zirvə uğrunda yeni savaş

Messi tarixə keçdi: Altı Dünya Kuboku, 16 qol və zirvə uğrunda yeni savaş

17/06/2026 07:16
54

Şok iddia: ABŞ-ın narkotiklə mübarizə əməliyyatlarında 200-dən çox insan həlak olub

Şok iddia: ABŞ-ın narkotiklə mübarizə əməliyyatlarında 200-dən çox insan həlak olub

17/06/2026 07:00
60

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.