Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Gündəm24.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Rəşad Məmmədov Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Qeyd edək ki, R.Məmmədov 26 iyul 2021-ci ildən Azərbaycanın Türkiyədəki səfiri vəzifəsində çalışıb
Prezidentin digər sərəncamı ilə Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycan İtaliyada, eyni zamanda Maltada, San Marinoda fövqəladə və səlahiyyətli səfiri və Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
Rəşad Aslanov Azərbaycanın Türkiyədəki səfiri vəzifəsinə təyin edilib.
Xatırladaq ki, R.Aslanov 2022-ci ildən Azərbaycanın İtaliyadakı səfiri vəzifəsində çalışırdı.













