Cümə, Oktyabr 9, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

İlk döyüş, son uçuş: Vətən müharibəsinin ilk şəhid pilotları Abbas və Xalid

27/09/2026 11:43
Gündəm
819 17
İlk döyüş, son uçuş: Vətən müharibəsinin ilk şəhid pilotları Abbas və Xalid
692
Paylaşım sayı
961
Baxış sayı

Müharibənin ilk dəqiqələri idi. Qarabağ səmasında Vətən savaşının ilk izləri görünürdü. Hərbi Hava Qüvvələrinin mayoru, hərbi pilot Abbas Qasımov və Dövlət Sərhəd Xidmətinin baş leytenantı, hərbi pilot Xalid Gözəlov Vətənin azadlığı uğrunda döyüşə atılaraq Qarabağ səmasına yüksəlmişdilər.

Füzuli səmasında iki şahin kimi qanad açan qəhrəman pilotlar Vətən uğrunda müqəddəs savaşa qoşulmuşdular. Onların uçuşu cəmi bir neçə dəqiqə sonra əbədiyyətə çevriləcək, adları Vətən müharibəsinin ilk şəhidlərinin sırasına yazılacaqdı.

Bəli, müharibənin başladığı ilk dəqiqələrdə Abbas Qasımov və Xalid Gözəlov canlarını Vətən yolunda fəda etdilər. Onlar Vətən səmasının qoynunda şəhadət zirvəsinə ucaldılar. Qanadları Qarabağ səmasında qalsa da, adları xalqın yaddaşında əbədiləşdi.

İki qəhrəman pilotun son uçuşu həm də Vətən uğrunda verilən ən böyük qurbanın, müqəddəs şəhidliyin rəmzinə çevrildi.

Qeyd edək ki, Abbas Qasımov 1986-cı il martın 17-də Zəngibasarın Masis rayonunda anadan olub. Ailəsi ilə birgə 1988-ci ilin noyabr ayında ermənilər tərəfindən doğma rayonundan deportasiya edilib. Bakıya üz tutan Qasımovlar ailəsi Binəqədi rayonunda məskunlaşıb. Binəqədi rayonundakı 157 saylı tam orta məktəbi bitirən Abbas 2003-2007-ci illərdə o zamankı Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında ali təhsil alıb. Burada o, Sərhəd Qoşunları fakültəsini seçib. Və beləcə, uşaqlıq arzusu olan pilot ixtisasına yiyələnib. Ölümündən sonra “Vətən uğrunda” medalı, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib. Özündən sonra iki oğul övladı yadigar qalıb. Xalid Gözəlov 1996-cı ilin 4 noyabrında Biləsuvar rayonun Aşağı Cürəli kəndində anadan olub. O, 2002-ci ildə Zaqatalada 2 saylı orta məktəbin 1-ci sinfinə daxil olub. Atasının işi ilə əlaqədar olaraq daha sonra məktəbi Biləsuvarda davam etdirməli olub. 2012-ci ildə Oktay Babayev adına orta məktəbdən məzun olub. Orta məktəbi bitirdikdən sonra ali məktəbə imtahan verərək ödənişsiz əsaslarla Texniki Universitetə daxil olsa da, orada oxumayıb. Çünki hərbçi olmağı arzulayırmış. Daha sonra yenidən sənədlərini Dövlət Sərhəd Xidməti Akademiyasına verərək, istəyinə nail olub. Akademiyanı bitirən kimi xüsusi bacarığına görə o, pilot vəzifəsinə təyin olunub. Xalid uşaqlıqdan idmanın güləş növü ilə məşğul olub. Saysız-hesabsız mükafatlar, medallar qazanıb. 2019-cu ildə baş leytenant rütbəsi alıb. O, ölümündən sonra “Vətən uğrunda” , “Qubadlının azad olunmasına görə” medalları və “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.//musavat.com

Oxşarxəbərlər

İnsanların sizi SEVMƏDİYİNİ göstərən 7 gizli işarə
Gündəm

İnsanların sizi SEVMƏDİYİNİ göstərən 7 gizli işarə

09/10/2026 01:50
980
Ermənilər Nəsimini qaytarmasa… – Bakıdan XƏBƏRDARLIQ
Gündəm

Ermənilər Nəsimini qaytarmasa… – Bakıdan XƏBƏRDARLIQ

08/10/2026 16:20
957
Azərbaycanda yeni iş rejimi: Hazırlıq işləri aparılır
Gündəm

Azərbaycanda yeni iş rejimi: Hazırlıq işləri aparılır

08/10/2026 15:49
957
11 gün qeyri-iş günü olacaq: Tarixlər açıqlandı
CƏMİYYƏT

11 gün qeyri-iş günü olacaq: Tarixlər açıqlandı

08/10/2026 10:17
982
Günün qoroskopu: 8 Oktyabr — Qeyri-adi addımlar atın
Gündəm

Günün qoroskopu: 8 Oktyabr — Qeyri-adi addımlar atın

08/10/2026 01:59
996
“Qələt edirlər!” – Elzaya uduzan Rəşid Mahmudovdan sərt reaksiya
Gündəm

“Qələt edirlər!” – Elzaya uduzan Rəşid Mahmudovdan sərt reaksiya

07/10/2026 14:54
958

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

İnsanların sizi SEVMƏDİYİNİ göstərən 7 gizli işarə

İnsanların sizi SEVMƏDİYİNİ göstərən 7 gizli işarə

09/10/2026 01:50
980
Kiyevi tərk etməyə ÇAĞIRDI

Kiyevi tərk etməyə ÇAĞIRDI

09/10/2026 01:43
968
Sumqayıtda 12 uşaq antibiotikdən ZƏHƏRLƏNDİ — Dəhşətli İddia

Sumqayıtda 12 uşaq antibiotikdən ZƏHƏRLƏNDİ — Dəhşətli İddia

09/10/2026 01:36
965
Pensiyaçılara KOMMUNAL DƏSTƏK GƏLİR? — Xüsusi kart təklifi

Pensiyaçılara KOMMUNAL DƏSTƏK GƏLİR? — Xüsusi kart təklifi

09/10/2026 01:29
969

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Melonidən seçki gedişi: İtaliyada qaydalar dəyişdi

Melonidən seçki gedişi: İtaliyada qaydalar dəyişdi

08/10/2026 15:25
956

Kiyev və Moskva danışıqlar masasına oturur? — Politoloqdan XƏBƏRDARLIQ

Kiyev və Moskva danışıqlar masasına oturur? — Politoloqdan XƏBƏRDARLIQ

08/10/2026 14:58
972

Xarkovda ŞOK əməliyyat: Kolumbiyalı muzdlular hədəfə alındı

Xarkovda ŞOK əməliyyat: Kolumbiyalı muzdlular hədəfə alındı

08/10/2026 09:25
961

Qərbi Azərbaycanın Paşakənd kəndi – QƏDİM YURDUN İZLƏRİ

Qərbi Azərbaycanın Paşakənd kəndi – QƏDİM YURDUN İZLƏRİ

08/10/2026 08:18
958

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In