İranın Qərbi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi Departamentinin rəhbərinə istinadən verilən məlumata görə, Urmiya gölündə suyun səviyyəsi kəskin şəkildə yüksəlib.
NOCOMMENT.az Fars agentliyinə istinadən xəbər verir ki, rəsmi rəqəmlər gölün vəziyyətində ciddi yaxşılaşmanın olduğunu təsdiqləyir. Belə ki, ötən ilin noyabr ayında göldəki suyun həcmi cəmi 240 milyon kubmetr, əhatə etdiyi sahə isə 456 kvadrat kilometr təşkil edirdi.
Cari göstəricilərlə müqayisə aparıldıqda, suyun həcminin 18 dəfə artdığı məlum olub. Bu göstərici illərdir quruma təhlükəsi ilə üzləşən Urmiya gölünün ekoloji bərpası istiqamətində mühüm bir irəliləyiş kimi qiymətləndirilir.














