İran və İraq arasında təyyarə uçuşları yenidən bərpa edilir.
Gündəm24.az xəbər verir ki, bu barədə “Tasnim” informasiya agentliyi məlumat yayıb.
Məlumata əsasən, oktyabrın 4-dən etibarən hər iki ölkənin aviaşirkətləri qarşılıqlı reyslərin icrasına başlayacaqlar.
Qeyd edək ki, ABŞ-nin İranın aviasiya sektoruna tətbiq etdiyi sanksiyalardan sonra İran aviaşirkətlərinin İraqın müxtəlif şəhərlərinə, o cümlədən Bağdad və Nəcəfə uçuşları dayandırılmışdı.//musavat.com














