Cümə axşamı, Aprel 30, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

İranla bağlı gözlənilməz ssenari: İki dövlət birləşir?

31/03/2026 20:10
Dünya
49 3
İranla bağlı gözlənilməz ssenari: İki dövlət birləşir?
66
Baxış sayı

İranın Ali Dini Lideri Müctəba Xameneinin İraq xalqına və dini liderlərinə təşəkkür etməsi, eləcə də iki ölkənin gələcəkdə vahid dövlət şəklində birləşməsi ilə bağlı səsləndirdiyi fikir regionda diqqət çəkən müzakirələrə səbəb olub. ABŞ və İsrailə qarşı mümkün ssenarilər fonunda səslənən bu açıqlama Tehran-Bağdad münasibətlərinin yeni mərhələyə keçə biləcəyi ehtimallarını gündəmə gətirib.

Məsələ ilə bağlı News24.az-a danışan politoloq Zeynal Əmərliyev bildirib ki, İran və İraqın vahid dövlət çərçivəsində birləşməsi ideyası yeni deyil və bu məsələ uzun illərdir müxtəlif dairələrdə müzakirə olunur:

“Bu ideyanın kökləri hələ Səddam Hüseynin 2003-cü ildə hakimiyyətdən devrilməsindən sonrakı dövrə gedib çıxır. Həmin dövrdə Nəcəf dini məktəbi ətrafında formalaşan dini-siyasi çevrələr tərəfindən İran və İraqın konfederativ əsaslarla birləşdirilməsi ilə bağlı fikirlər səsləndirilirdi. Lakin o zaman da əsas mübahisə doğuran məsələ gələcək birliyin idarəetmə forması və ümumi liderliyin kimə məxsus olacağı idi”.

Politoloq qeyd edib ki, hazırda Müctəba Xameneinin bu istiqamətdə səsləndirdiyi fikirlər daha çox təşəbbüs xarakteri daşıyır. Onun fikrincə, belə bir ideyanın yenidən gündəmə gəlməsində İraqda siyasi vəziyyət və xüsusilə Nuri əl-Maliki kimi İrana yaxın fiqurların yenidən hakimiyyətə qayıtmaq ehtimalı mühüm rol oynayır:

“İraq parlamentində Malikinin yenidən baş nazir postuna gətirilməsi ilə bağlı müzakirələr aparılır ki, bu da Tehran üçün əlavə siyasi fürsətlər yarada bilər. Bununla belə, ekspert hesab edir ki, belə bir birləşmənin reallaşması qarşısında ciddi maneələr mövcuddur. İlk növbədə, İraqın daxili siyasi və sosial vəziyyəti olduqca mürəkkəbdir. Ölkədə müxtəlif dini və siyasi qruplaşmalar fəaliyyət göstərir və bu qrupların hamısı İranla yaxınlaşmanı dəstəkləmir. Hətta şiə icması daxilində belə, Tehrana qarşı olan qüvvələr mövcuddur”.

Politoloq xüsusilə Müqtəda əs-Sədrin rəhbərlik etdiyi milliyyətçi şiə qruplarını misal çəkərək bildirib ki, onlar İranın təsirinə qarşı çıxır və ölkə daxilində ciddi ictimai-siyasi dəstəyə malikdir:

“Bu isə hər hansı bir konfederativ modelin həyata keçirilməsini daha da çətinləşdirir. Digər mühüm məqam dini mərkəzlər arasındakı rəqabətdir. Belə ki, şiə dünyasının əsas dini mərkəzlərindən biri Qum şəhərində, digəri isə Nəcəfdə yerləşir. Bu iki mərkəz arasında təsir və nüfuz uğrunda rəqabət də potensial birləşmə prosesinə mənfi təsir göstərən amillərdən biridir”.

Oxşarxəbərlər

Xomeyninin Türkiyədə qalması: məxfi sənəd yayıldı – FOTO
Dünya

Xomeyninin Türkiyədə qalması: məxfi sənəd yayıldı – FOTO

29/04/2026 20:45
54
Türkiyədə hüquqşünası küçədə güllələdilər — Səbəb
Dünya

Türkiyədə hüquqşünası küçədə güllələdilər — Səbəb

29/04/2026 18:21
70
SENSASİYA! Rusiyalı diplomat ölkədən qovulur – ŞOK QƏRAR
Dünya

SENSASİYA! Rusiyalı diplomat ölkədən qovulur – ŞOK QƏRAR

29/04/2026 18:13
61
Ukrayna “Rosneft”i son 1 ayda üçüncü dəfə vurdu – VİDEO
Dünya

Ukrayna “Rosneft”i son 1 ayda üçüncü dəfə vurdu – VİDEO

29/04/2026 18:06
55
ABŞ səhvən başqa ölkənin gəmisinə hücum etdi
Dünya

ABŞ səhvən başqa ölkənin gəmisinə hücum etdi

29/04/2026 17:57
53
Mayın 1-dən 50 yaşdan yuxarı kişilər səfərbərliyə cəlb ediləcək
Dünya

Mayın 1-dən 50 yaşdan yuxarı kişilər səfərbərliyə cəlb ediləcək

29/04/2026 17:33
56

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Xomeyninin Türkiyədə qalması: məxfi sənəd yayıldı – FOTO

Xomeyninin Türkiyədə qalması: məxfi sənəd yayıldı – FOTO

29/04/2026 20:45
54
Natiq Vəliyev VƏFAT ETDİ

Natiq Vəliyev VƏFAT ETDİ

29/04/2026 20:20
53
Növbəti iclas Azərbaycanda keçiriləcək

Növbəti iclas Azərbaycanda keçiriləcək

29/04/2026 18:52
59
Azərbaycanda “Roblox” və “PubG” qadağan edilir? – Uşaqlar nə edəcək?

Azərbaycanda “Roblox” və “PubG” qadağan edilir? – Uşaqlar nə edəcək?

29/04/2026 18:38
57

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
SON DƏQİQƏ: İsraildə gərginlik artır – ordu Netanyahunun qərarlarına qəzəbli

SON DƏQİQƏ: İsraildə gərginlik artır – ordu Netanyahunun qərarlarına qəzəbli

27/04/2026 09:37
60

TƏCİLİ: İran Hörmüz boğazı ilə bağlı ABŞ-a kritik təklif verdi!

TƏCİLİ: İran Hörmüz boğazı ilə bağlı ABŞ-a kritik təklif verdi!

27/04/2026 08:38
61

TƏCİLİ: ABŞ narkotik gəmisini vurdu – ölənlər var!

TƏCİLİ: ABŞ narkotik gəmisini vurdu – ölənlər var!

27/04/2026 08:17
66

ŞOK: Pxenyandan Moskva mesajı – Kim Çen In geri çəkilmir

ŞOK: Pxenyandan Moskva mesajı – Kim Çen In geri çəkilmir

27/04/2026 08:10
61

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In