Britaniyalı rəsmilər ABŞ prezidenti Donald Trampın İrana qarşı yeni irimiqyaslı zərbələrə icazə verə biləcəyindən narahatlıqlarını ifadə edirlər.
Bu hal gələn il ərzində Böyük Britaniyanın iqtisadiyyatı və milli təhlükəsizliyi üçün ciddi risklər yaradacaq.
Gündəm24.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Baş nazir Endi Börnhemin hökumətində münaqişənin sülh yolu ilə nizamlanmasını az ehtimal hesab edirlər.
Məlumata görə, Londonun qiymətləndirməsinə əsasən, hücumlar bərpa olunacağı təqdirdə Tehran cavab zərbələri endirmək üçün hələ də kifayət qədər hərbi potensiala malikdir.
Bu fonda Böyük Britaniya və onun Fars körfəzindəki müttəfiqləri qapalı diplomatik kanallar vasitəsilə Vaşinqtonu yeni eskalasiyadan çəkinməyə çağırırlar.
Eyni zamanda, əməliyyatların keçirilməsi üçün Birləşmiş Krallığın hərbi bazalarından istifadə ilə bağlı ABŞ-nin gözlənilən sorğuları qarşısında Britaniya nazirləri çətin qərarlar qəbul etməli olacaqlar.//musavat.













