Şənbə, Noyabr 21, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Paşinyan Zəngəzur dəhlizinə də start verir və ya “nə oldu, Mirzoyan?!”

21/11/2026 17:50
Dünya, Manşet
769 58
Paşinyan Zəngəzur dəhlizinə də start verir və ya “nə oldu, Mirzoyan?!”
685
Paylaşım sayı
951
Baxış sayı

Vyetnam Prezidenti To Lam Hanoyda Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə verilən rəsmi naharda ölkəmiz haqqında çox qiymətli sözlər deyib. Bildirib ki, Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mahiyyətini və mədəni irsini daşıyan inci hesab olunur.

Artıq uzaq Vyetnamın prezidenti də Azərbaycanın Avropa və Asiya arasında körpü rolunu oynadığını bəyan edir.

8Ox9TIEEkXvcKkmnu2JpPYyH46d0y5uaLgTuQcoP_1200.jpg (140 KB)

Bu vaxta qədər çox liderlər ölkəmizin önəmi, dövlət başçımızın uğurlu siyasəti barədə yüksək fikirlər söyləyiblər. Belə olduğu halda cırtdan Ermənistanın nə hünəri çatır rəsmi Bakının siyasətinə qarşı çıxsın, yaxud Dəmir Yumruğun verdiyi dərsdən, imzalanan kapitulyasiyanın ardınca əldə olunan üçtərəfli razılaşmalardan sonra ev tapşırıqlarının icrasından yayınsın? Çox çalışdılar, çox vurnuxdular, amma “Real Ermənistan” şüarının kölgəsində oyunbazlıqlarını sona çatdıra bilmədilər.

Ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında bəyan etdi ki, ölkəsinin yeni konstitusiyasının ilkin variantı həftənin ilk günü ictimaiyyətə açıqlanacaq. 44 günlük müharibədən sonra çox cəhd göstərdilər ki, Azərbaycanın əsas şərtindən yayınsınlar, amma alınmadı. Çünki Prezident İlham Əliyev qəti şəkildə bildirmişdi: sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyası və normativ hüquqi aktları dəyişdirilməli, Azərbaycana qarşı ərazi iddiaları əsas qanundan yığışdırılmalıdır! Təbii ki, Azərbaycanın dövlət başçısı bu tələbi irəli sürərkən qardaş Türkiyəyə qarşı Ermənistan Konstitusiyasında əksini tapan ərazi iddialarının da çıxarılması zərurətini vurğulamış olur. Odur ki, Nikol Paşinyanın son günlər türkləri mələk adlandırması ürəyinin səsi deyil, Azərbaycan dövlətinin diktə etdiyi reallığın məntiqi nəticəsidir!

7c31054ae7c21ec005fb62e285a28917.jpg (444 KB)

Və…Nikol Paşinyan bu gün aldığı “ev tapşırığı” ilə bağlı növbəti bəyanatını verib. Bildirib ki, TRIPP – “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” layihəsinin rəsmi startı sabah elan olunacaq.

“Enerji transformasiyası hökumətimiz üçün strateji mövzudur”, – deyə Paşinyan bərpa olunan enerjinin inkişafının Ermənistan qarşısında enerji müstəqilliyini möhkəmləndirmək üçün yeni imkanlar açdığını vurğulayaraq qeyd edib.

Onun sözlərinə görə, bir neçə il əvvəl ölkə resurs çatışmazlığı yaşayırdısa, indi bərpa olunan enerjinin, xüsusilə də günəş enerjisinin inkişafı sayəsində öz tələbatını ödəmək üçün əlavə imkanlar yaranıb. Paşinyan həmçinin elektrik enerjisinin saxlanması sistemlərinin inkişaf etdirilməsinin zəruriliyinə diqqət çəkib. Onlar olmadan günəş enerjisindən istifadənin səmərəliliyi əhəmiyyətli dərəcədə azalır. O, binaların və müəssisələrin enerjini çox vaxt qeyri-rasional sərf etdiyini əsas gətirərək, enerji səmərəliliyinin artırılmasını da eyni dərəcədə vacib istiqamət adlandırıb.

Ermənistan həmçinin yeni atom elektrik stansiyası tikmək və enerji mənbələrinin şaxələndirilməsini davam etdirmək niyyətindədir.

“Sabah biz TRIPP layihəsinin startını rəsmi olaraq elan edəcəyik”, – deyə baş nazir bildirib.

Onun sözlərinə görə, energetika və elektrik enerjisinin tranziti bu təşəbbüsün mühüm tərkib hissələri olacaq.

cfYlU3k7vIffwVJKLVfst4HJzuS8JXjKOoRGl62g_1200.jpg (201 KB)

Bu arada, Ermənistan öz elektrik şəbəkələrini Türkiyə və Azərbaycanın şəbəkələri ilə birləşdirməyi planlaşdırır. Bununla yanaşı, ölkə artıq İran və Gürcüstanla əlaqəlidir və elektrik enerjisinin ötürülməsi səmərəliliyinin artırılmasına sərmayə qoyur.

Ermənistanın TRIPP marşrutu – Zəngəzur dəhlizi ilə bağlı hərəkətə keçməsi də İrəvanın istəyinin məntiqi sonluğu sayıla bilməz. Əgər belə olsaydı, hələ 2020-ci ilin 10 noyabrında, Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladığı birgə bəyannaməyə uyğun şəkildə İrəvan 9-cu maddənin icrasına başlayardı, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasındakı 43 km-lik hissənin tikintisinə başlayardı. Amma Ermənistan hətta 2025-ci ilin 8 avqustunda Vaşinqtonda sülhün paraflanmasından sonrakı 1 il 3 ay ərzində də qeyri-müəyyənliyini davam etdirdi və Zəngəzur dəhlizi ilə bağlı sadəcə dəftərxana işləri ilə məşğul oldu. Əvvəlcə işlərə 2026-cı ilin ikinci yarısında başlayacaqlarını vəd etsələr də, daha sonra ilin sonlarında, bunun da ardınca 2027-ci ilin yazında başlayacaqlarını dedilər.

191ed58f-5262-348f-9428-6b8dfd42671f_1200.jpg (72 KB)

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə düz bir ay əvvəl – 21 oktyabrda TRIPP layihəsi çərçivəsində bəzi infrastruktur xətlərinin, o cümlədən qaz və ya neft kəmərlərinin Sünik (Zəngəzur – red.) vilayətindən kənarda çəkilə biləcəyini iddia etmişdi. Bəhanəsi də o olmuşdu ki, gələcək dəmir yolu xətti boyunca boru kəmərlərinin necə çəkiləcəyini təsəvvür etmək çətindir. Onun sözlərinə görə, Araz çayı ilə qayalıqlar arasındakı ərazi çox dardır və burada yer məhduddur. XİN başçısı demişdi ki, cənub hissəsindən dəmir yolu və elektrik xətləri, sovet dövründə olduğu kimi, keçirilə bilər. Qaz və neft kəmərlərinin isə Ermənistan ərazisinin digər hissələrindən çəkilməsi mümkündür. Mirzoyan Zəngilan və Ordubadı birləşdirəcək avtomobil yolunu “unutmuşdu”. O yolu ki, hələ sovet dövründə ermənilər bu yolun başa çatdırılmasına imkan verməmişdilər. Amma Mirzoyan və digərləri tez-tez fərqində olmurlar ki, onların qarşısındakı Azərbaycandır və belə həssas, prinsipial mövzularda “nala-mıxa vurmaq” olmaz! Zəngəzur dəhlizi dəmir yolu, avtomobil yolu, elektrik xətləri, qaz kəmərləri ilə birgə reallaşdırılacaq! 43 km-lik kəsə yolu qoyub, niyə dağ-daşa düşək ki?..

Beləcə, Bakının xəbərdarlıqları növbəti dəfə sözünü dedi. Paşinyan artıq ratifikasiya olunmuş TRIPP-lə bağlı da hərəkətə keçdi. Bu yerdə zəruri xatırlatma edək: Noyabrın 12-də İrlandiyanın Dublin şəhərində keçirilən “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında görüşdə liderlər 2025-ci il avqustun 8-də keçirilmiş Vaşinqton Sülh Sammitinin nəticələrinə və həmin tədbirdə imzalanmış Vaşinqton Birgə Bəyannaməsinə əsaslanaraq, Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəlilədilməsi ətrafında fikir mübadiləsi aparmışdılar.

VASİN.jpg (128 KB)

Rəsmi açıqlamada bildirilirdi ki, görüş zamanı iki ölkə arasında sülhün daha da möhkəmləndirilməsinə yönəlmiş praktiki addımlara, o cümlədən nəqliyyat və tranzit əlaqələrinin inkişafına, iqtisadi-ticari münasibətlərə, sərhədlərin delimitasiyasına və etimad quruculuğu tədbirlərinin həyata keçirilməsinə dair müzakirələr olub. Liderlər bu kontekstdə Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) inkişafı istiqamətində əldə olunmuş irəliləyişləri, o cümlədən onun DƏMİR YOLU və AVTOMOBİL YOLU (seçmə bizimdir – red.) komponentlərinin planlaşdırılması və layihələndirilməsini, həmçinin TRIPP marşrutu boyunca tranzit əlaqələrinin perspektivlərini müzakirə ediblər. Tərəflər, həmçinin Azərbaycan ilə Ermənistan arasında iqtisadi və ticari əlaqələrin daha da inkişaf etdirilməsi imkanları, o cümlədən gələcəkdə elektrik şəbəkələrinin birləşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparmışdılar və budur, İrəvan elektrik enerjisi ilə bağlı da Azərbaycanla əməkdaşlıq xəttini seçib. Prezident bu barədə hələ xeyli əvvəl, Naxçıvan səfəri zamanı Ermənistana təklif vermişdi, qəbul etdilər.

457cf75ebeb4ffa7c32b01b17d3a8469.jpg (316 KB)

Beləcə, sülh yolunun xəritəsini Azərbaycan dövləti və Lideri təqdim edir! Bu xəritə üzrə hərəkət edən heç kəs uduzmayacaq. Ona görə də Ararat Mirzoyan bir daha yadından çıxartmasın, Zəngəzur dəhlizi – TRIPP marşrutu yalnız dəmir yolu xəttinin çəkilməsi demək deyil! Onu da xatırladaq ki, sovetlər dönəmində dəmiryolu Azərbaycan Dəmir Yollarının balansında olub və işğal dövründə rus hərbçilərin gözləri qarşısında ermənilər Azərbaycan mülkiyyətini talayıblar! Yəqin ki, bu məsələlər də müzakirələrdə unudulmayacaq. Sonda isə özünə aid olmayan məsələlərə müdaxilə edən erməni diplomata, vaxtilə Paşinyan üçün aktual olan sualı bir az dəyişdirilmiş qaydada ünvanlamağın yeri var: “Nə oldu Mirzoyan, bəs, Zəngəzur dəhlizindən ancaq dəmir yolu keçəcəkdi?!”

Elşad PAŞASOY

Oxşarxəbərlər

Sərhəddə yeni dövlət qurulur – İranın Azərbaycan və Türkiyəyə qarşı GİZLİ PLANI
Manşet

Sərhəddə yeni dövlət qurulur – İranın Azərbaycan və Türkiyəyə qarşı GİZLİ PLANI

21/11/2026 18:10
951
Yeni Dehlidə Azərbaycan-Nepal mədəni əməkdaşlığı müzakirə olundu
Manşet

Yeni Dehlidə Azərbaycan-Nepal mədəni əməkdaşlığı müzakirə olundu

21/11/2026 17:57
951
Londonda İran HƏYƏCANI: Trampın yeni hücum planı Britaniyanı HƏRƏKƏTƏ KEÇİRDİ
Dünya

Londonda İran HƏYƏCANI: Trampın yeni hücum planı Britaniyanı HƏRƏKƏTƏ KEÇİRDİ

21/11/2026 17:52
951
Emil üç qızı ilə kamera qarşısına keçdi – FOTO
Manşet

Emil üç qızı ilə kamera qarşısına keçdi – FOTO

21/11/2026 17:37
951
“Qara cümə”də kim qazanır: mağazalar, yoxsa alıcılar?
CƏMİYYƏT

“Qara cümə”də kim qazanır: mağazalar, yoxsa alıcılar?

21/11/2026 17:13
951
“Vyetnam səfərimin nəticələrindən çox məmnunam” – VİDEO
Manşet

“Vyetnam səfərimin nəticələrindən çox məmnunam” – VİDEO

21/11/2026 17:05
951

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Sərhəddə yeni dövlət qurulur – İranın Azərbaycan və Türkiyəyə qarşı GİZLİ PLANI

Sərhəddə yeni dövlət qurulur – İranın Azərbaycan və Türkiyəyə qarşı GİZLİ PLANI

21/11/2026 18:10
951
Yeni Dehlidə Azərbaycan-Nepal mədəni əməkdaşlığı müzakirə olundu

Yeni Dehlidə Azərbaycan-Nepal mədəni əməkdaşlığı müzakirə olundu

21/11/2026 17:57
951
Londonda İran HƏYƏCANI: Trampın yeni hücum planı Britaniyanı HƏRƏKƏTƏ KEÇİRDİ

Londonda İran HƏYƏCANI: Trampın yeni hücum planı Britaniyanı HƏRƏKƏTƏ KEÇİRDİ

21/11/2026 17:52
951
Paşinyan Zəngəzur dəhlizinə də start verir və ya “nə oldu, Mirzoyan?!”

Paşinyan Zəngəzur dəhlizinə də start verir və ya “nə oldu, Mirzoyan?!”

21/11/2026 17:50
951

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
1991-ci il 20 noyabr Qarakənd faciəsinin 35-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib-VIDEO

1991-ci il 20 noyabr Qarakənd faciəsinin 35-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib-VIDEO

21/11/2026 12:56
952

Qərbi Azərbaycanın Ağzıbir kəndi – Göyçə gölünün sahilindəki qədim Azərbaycan yurdu

Qərbi Azərbaycanın Ağzıbir kəndi – Göyçə gölünün sahilindəki qədim Azərbaycan yurdu

20/11/2026 08:20
958

Qarakənd faciəsi- müstəqilliyin ağır sınaqları

19/11/2026 22:59
973

Qərbi Azərbaycanın Nərədüz kəndi – Göyçə mahalının qədim tarixi yaşayış məskəni

Qərbi Azərbaycanın Nərədüz kəndi – Göyçə mahalının qədim tarixi yaşayış məskəni

19/11/2026 08:58
962

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.