ABŞ-İsrail-İran gərginliyinin 11-ci günündə İsrailin milli təhlükəsizlik naziri İtamar ben-Qvir barədə sosial mediada müxtəlif iddialar gündəmə gəlib.
Bəzi paylaşımlarda ben-Qvirin İran tərəfindən öldürüldüyü irəli sürülüb.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, eyni zamanda İsrailin baş naziri Netanyahunun da hücum nəticəsində həyatını itirdiyi barədə iddialar yayılıb. Sosial şəbəkələrdə bu iddiaların güclənməsinə səbəb kimi Netanyahunun son günlər video paylaşımlarının azalması göstərilib. İddialarla bağlı ABŞ-nin keçmiş kəşfiyyat zabiti Skott Ritter Rus mətbuatına açıqlamasında İranın Netanyahunun qardaşı İddo Netanyahunun evini bombaladığını iddia edib.
Onun sözlərinə görə, hadisədən sonra İddo Netanyahunun səhhəti ilə bağlı məlumat yoxdur və bir neçə saatdır ondan xəbər alınmadığı bildirilib.














