Kanadanın Ontario əyalətində fəaliyyət göstərən “Air Canada” aviaşirkətində işləyən bir pilotun uzun illər lisenziyasız uçuşlar həyata keçirdiyi üzə çıxıb.
Gündəm24.az xarici KİV-lərə istinadən xəbər verir ki, Kanada polisi Ceffri Uoll adlı pilotun yalnız Kommersiya Pilot Lisenziyası (CPL-A) olub. Lakin onun sərnişin təyyarələrini idarə etmək üçün tələb olunan ATPL-A lisenziyası olmayıb. Buna baxmayaraq, 2009-cu ildən etibarən təxminən 17 il ərzində 900-dən çox reys həyata keçirib və 2,9 milyon Kanada dollarından artıq maaş alıb.
Polisin məlumatına görə, pilot iyunun 1-də həbs edilib. Ona qarşı fırıldaqçılıq və saxtakarlıq daxil olmaqla, bir sıra ittihamlar irəli sürülüb.
Rəsmilər hadisəni “film ssenarisi” kimi dəyərləndirib. “Air Canada” isə pilotun uçuş zamanı təhlükəsizlik qaydalarını pozmadığını bildirib.//Bakupost.az














