Şənbə, May 9, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Mayda toy etmək daha ucuz başa gələcək – QİYMƏTLƏR

06/05/2026 13:34
CƏMİYYƏT
43 0
Mayda toy etmək daha ucuz başa gələcək – QİYMƏTLƏR
55
Baxış sayı

Xalq arasında geniş yayılmış inanclardan birinə görə, may ayında toy etmək uğursuz sayılır. Bu səbəbdən bir çox cütlük məhz bu ayda toy mərasimindən çəkinir və şənliklərini daha çox yay və payız aylarına planlaşdırır.

 

Nəticədə, may ayında toyların sayında nəzərəçarpacaq azalma müşahidə olunur ki, bu da bazarda, xüsusilə şadlıq evləri, restoranlar və xidmət sektorunda müəyyən dəyişikliklərə səbəb olur.

 

May ayında toyların az keçirilməsi bazarda (şadlıq evləri, restoranlar, xidmət sektoru və s.) qiymətlərə və tələb-təklif balansına necə təsir göstərir? Bu, şadlıq evi qiymətlərinə təsir edirmi?

 

Sfera.azolaraq, mövzu ilə bağlı paytaxda yerləşən bir neçə şadlıq evi ilə əlaqə saxladıq. Onların verdiyi məlumata görə, may ayında tələbatın aşağı olması səbəbindən qiymətlərdə müəyyən endirimlər tətbiq olunur. Bəzi şadlıq evlərində adambaşı menyu qiymətləri digər aylarla müqayisədə 5-10 faiz daha ucuz təklif edilir. Həmçinin, müştəri cəlb etmək üçün bəzilərində canlı musiqi, dekorasiya və digər əlavə xidmətlərin pulsuz və ya daha sərfəli şərtlərlə təqdim olunduğu qeyd olunur.

Digər tərəfdən, bəzi məşhur və daimi müştəri bazasına malik restoranlarda qiymətlərin ciddi şəkildə dəyişmədiyi bildirilir. Bu cür məkanlarda sifarişlər əvvəlcədən tutulduğu üçün mövsümi azalma qiymət siyasətinə bir o qədər də təsir etmir. Bununla belə, ümumi bazar tendensiyası göstərir ki, may ayında toy etmək istəyənlər daha münasib qiymətlərlə xidmət əldə edə bilirlər.

Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sfera.az-a açıqlama verib. Onun sözlərinə görə, xalq arasında “mayda toy olmur” fikri hələ də var və bu, bazara birbaşa təsir edir:

 

“May ayı toy mövsümünün başlanğıcı sayılsa da, çox adam inanclara görə həmin ayı keçir. Nəticədə şadlıq evləri, restoranlar və toyla bağlı xidmət sahələrində tələbat aprel və iyunla müqayisədə zəif olur. Amma bir faktoru nəzərə almaq lazımdır ki, məhərrəm ayı iyunun 15-də girir. Ona görə töy mövsümü bu yay qısa olacaq. Bu səbəbdən ən azı mayın ikinci və üçüncü ongünlüklətində toylar intensivləşə bilər. Tələbat az olanda şadlıq evləri boş qalmamaq üçün güzəştə gedir. May üçün menyu qiymətini 5-10 faiz aşağı salan, zalı bağlayanda əlavə “canlı musiqi pulsuzdur” deyən, dekorasiyanı hədiyyə edən yerlər çoxalır. İyun-sentyabr aylarında 60-80 manata olan adambaşı menyunu mayda 50-70 manata tapmaq olur. Xüsusilə həftəiçi günlərində endirim daha çox hiss olunur. Çünki şadlıq evinin əsas xərci işçi, işıq, qaz, icarədir. Zal boş qalsa da bu xərclər gedir. Ona görə sahibkarlar “az qazanc heç olmamaqdan yaxşıdır” prinsipi ilə qiymət endirir. Xidmət sektoru da eyni vəziyyətdədir. Fotoqraf, videoqraf, bəzək, maşın bəzəmə, aparıcı, rəqqas qrupları may ayı üçün sifariş az olanda qiyməti salır. 2000 manata işləyən aparıcı mayda 1500-ə razılaşa bilir. Çünki iyunda həftədə 3-4 toy tutursa, mayda 1 toy tapmaq da çətindir”.

Ekspert qeyd edib ki, bu endirim bütün bazara aid deyil:

“Şəhərin mərkəzində, adı çıxmış, “mövsümdən asılı olmayaraq dolu olan” şadlıq evləri qiymət endirmir. Onların müştərisi inanclara baxmır və əvvəlcədən tarix bağlayır. Ucuz və orta seqmentdə, yeni açılan zallarda isə may ayı “kampaniya ayı” olur. Tələb-təklif balansına gəldikdə, mayda təklif çox, tələb az olur. İyun-avqustda isə əksinədir. Tələb çox, boş zal tapmaq çətin olur. Buna görə də toy edənlər qiymət üstünlüyü qazanmaq üçün bilərəkdən mayı seçir. Xüsusilə böyük xərcdən qaçmaq istəyən ailələr üçün may sərfəli aydır. Qısası, “mayda toy olmur” düşüncəsi real bazar qanunu yaradıb. Tələbat düşür, şadlıq evləri və xidmət göstərənlər müştəri cəlb etmək üçün qiyməti endirir. İnanclara önəm verməyənlər üçün may ən ucuz toy ayı sayılır”.

Oxşarxəbərlər

Masazırda əməliyyat – 13 nəfər saxlanıldı
CƏMİYYƏT

Masazırda əməliyyat – 13 nəfər saxlanıldı

08/05/2026 20:21
52
Vahid nəqliyyat sistemi sərnişinlərə nə vəd edir?
CƏMİYYƏT

Vahid nəqliyyat sistemi sərnişinlərə nə vəd edir?

08/05/2026 20:13
56
Leyla Mustafazadə vəfat etdi
CƏMİYYƏT

Leyla Mustafazadə vəfat etdi

08/05/2026 20:11
52
Bakı və Abşeron sakinlərinə ŞAD XƏBƏR
CƏMİYYƏT

Bakı və Abşeron sakinlərinə ŞAD XƏBƏR

08/05/2026 19:18
56
Bakı üçün tarixi qərar verildi: vacib dəyişikliklər gözlənilir
CƏMİYYƏT

Bakı üçün tarixi qərar verildi: vacib dəyişikliklər gözlənilir

08/05/2026 19:09
53
Mayın 12-də qaz kəsiləcək – Bu ərazilərdə
CƏMİYYƏT

Mayın 12-də qaz kəsiləcək – Bu ərazilərdə

08/05/2026 18:49
53

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Rusiya və Ukraynanın üçgünlük atəşkəs elan etdiyini açıqladı

Rusiya və Ukraynanın üçgünlük atəşkəs elan etdiyini açıqladı

08/05/2026 23:20
52
Masazırda əməliyyat – 13 nəfər saxlanıldı

Masazırda əməliyyat – 13 nəfər saxlanıldı

08/05/2026 20:21
52
Vahid nəqliyyat sistemi sərnişinlərə nə vəd edir?

Vahid nəqliyyat sistemi sərnişinlərə nə vəd edir?

08/05/2026 20:13
56
Leyla Mustafazadə vəfat etdi

Leyla Mustafazadə vəfat etdi

08/05/2026 20:11
52

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Müharibə yenidən alovlandı: Rusiya PUA-larla hücuma keçdi

Müharibə yenidən alovlandı: Rusiya PUA-larla hücuma keçdi

08/05/2026 08:47
61

Körfəzdə gərgin gecə: BƏƏ raket və PUA hücumlarına cavab verir

Körfəzdə gərgin gecə: BƏƏ raket və PUA hücumlarına cavab verir

08/05/2026 07:34
55

İran BMT-də ABŞ-a sərt çıxdı: Hörmüz qətnaməsi “qüsurlu” adlandırıldı

İran BMT-də ABŞ-a sərt çıxdı: Hörmüz qətnaməsi “qüsurlu” adlandırıldı

08/05/2026 05:21
52

Hollandiya sarsıldı: Baş nazirin partiya ofisinə partlayıcı atıldı

Hollandiya sarsıldı: Baş nazirin partiya ofisinə partlayıcı atıldı

08/05/2026 04:07
54

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.