Cümə, Aprel 17, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Milli Məclisdə Əli Kərimlinin həbsindən danışıldı: “2 min hərbçi orada nə edirdi?”

02/12/2025 11:55
Manşet, Siyasət
55 1
Milli Məclisdə Əli Kərimlinin həbsindən danışıldı: “2 min hərbçi orada nə edirdi?”
71
Baxış sayı

“Son günlər AXCP funksionerləri barəsində başlanmış cinayət təqibi ilə əlaqədar müşahidə olunan ajiotaj boğaza qədər çirkaba batmış ünsürlərin narahatlığından başqa bir şey deyil. Çünki aidiyyəti cinayət təqibi kimisə cəzalandırmağa yox, yalnız qanunla cinayət hesab olunan əməli törədənlərin ifşası və məsuliyyətə cəlb etməsini nəzərdə tutur. Görünür, AXCP funksionelərini qorxudan da elə budur. Onlar bilir ki, bu araşdırma xəyanətlərinin ifşasında ehtiva olunan siyasi sondur. Çünki Ulu Öndərin hələ 29 dekabr 2000-ci ildə xalqa müraciətində də ifadə olunduğu kimi Qorboçovun yenidənqurma siyasətini dəstəkləyən bir qüvvə kimi rəsmi qeydiyyata alınan Xalq Cəbhəsi, hər zaman imperializmin bürosu olub”.

Gündəm24.az  Globalinfo.az-a istinadən xəbər verir ki, bu fikirləri deputat Bəhruz Məhərrəmov Milli Məclisin bugünkü iclasında deyib.

“Düzdür, indi özlərini Rusiya əleyhdarı qüvvələr kimi təqdim etməyə cəhd göstərirlər, amma bu sadəcə ucuz populizm və gözə kül üfürmədir. Nə Elçibəyə qədər, nə Elçibəydən sonra heç bir prezident “Rusiya–Azərbaycan sərhəddi olmamalıdır”, yaxud “Azərbaycan–İran sərhədlərini Rusiya ilə müştərək qorumalıyıq” kimi bəyanatlar verməyib.

Ona görə də Cəmil Həsənli kimi heç bir milli və əxlaq dəyəri olmayan siyasi buqələmun çevriliş cəhdi ittihamlarını öz aləmində rədd edib deməməlidir ki, AXCP-nin əsas məqsədi Rusiyaya qarşı mübarizə aparmaq olub. Arqument gətirilər ki, guya bunlar rus qoşunlarını ölkədən çıxarıb. Yaxşı, AXCP rus ordusunu ölkədən çıxarmışdısa, 2012-ci ilə qədər 2 mindən artıq rus hərbçisi Qəbələ RLS-də necə xidmət edirdi?

Əgər bir ölkənin Ali Baş Komandanı Azərbaycan–İran sərhədlərinin Rusiya hərbçiləri tərəfindən qorunmasını dili ilə deyirdisə, rus əsgərlərinin ölkədən çıxarılması barədə tezislər əbləhlikdir. Rus əsgərini Azərbaycandan İlham Əliyev çıxarıb: 2012 və 2024-cü illərdə.

İndi öz xəyanətləri fonunda hazırkı Azərbaycan iqtidarını Rusiya ilə müttəfiqlikdə ittiham etməyə çalışırlar. O zaman cavab versinlər: bu müttəfiqlik hansı milli maraqlar bahasına başa gəlib?

Kərimli-Mehdiyev cütlüyü kimi xəyanətkarların simasında hakimiyyət çevrilişi üçün gözü şimalda, əmrə müntəzir dayanan qüvvələrdən fərqli olaraq İlham Əliyev iqtidarı bütün münasibətlərdə Azərbaycanın ləyaqətli bərabərhüquqlu tərəf kimi hərəkət azadlığını təmin edib.

Bu müstəqil siyasət bizə Rusiyanın müttəfiqi olan Ermənistanın müharibədə yerlə yeksan edilməsi, rus sülhməramlılarını vaxtından ilyarım əvvəl Qarabağdan çıxarılması, təyyarə qəzasına görə bu ölkə rəhbərliyinin üzr istəməsi kimi çoxsaylı nümunələrin misalında suveren iradə nümayiş etdirməyə imkan verib.

Ona görə də manipuliyasiyalara, qalxan ajiotajlara qətiyyən meydan verilməməlidir. Aidiyyəti orqanlar qətiyyətli davranmalı, antimilli maraqların təşkilatlandığı AXCP-nin fəaliyyətinə birmənalı son qoyulmalı, eyni radikal mövqe sərgiləyən digər siyasi ünsürlər ətrafında araşdırmalar başlamalıdır.

Bu gün Azərbaycandan başqa heç bir keçmiş sovetlər birliyi ölkəsində Xalq Cəbhəsi anlayışı qalmayıb. Bu bitmiş bir məfhumdur və unutmayaq ki, heç bir “demokratiya” oyunu milli maraqdan daha üstün deyil”, – Bəhruz Məhərrəmov qeyd edib.

Oxşarxəbərlər

Liderlərin səmimi görüşündən- FOTOLAR
Siyasət

Liderlərin səmimi görüşündən- FOTOLAR

17/04/2026 16:59
55
İlham Əliyev Antalyada Diplomatiya Forumunun açılışında
Manşet

İlham Əliyev Antalyada Diplomatiya Forumunun açılışında

17/04/2026 16:10
55
Qərbi Azərbaycan İcması Hikmət Babaoğlunu təbrik etdi
Manşet

Qərbi Azərbaycan İcması Hikmət Babaoğlunu təbrik etdi

17/04/2026 16:05
58
Azərbaycan XİN Suriyanı təbrik etdi
Siyasət

Azərbaycan XİN Suriyanı təbrik etdi

17/04/2026 10:59
71
Əli Əsədov SƏRƏNCAM İMZALADI
Siyasət

Əli Əsədov SƏRƏNCAM İMZALADI

17/04/2026 10:42
60
ABŞ Suriyadan hərbi qüvvələrini çıxartdı
Siyasət

ABŞ Suriyadan hərbi qüvvələrini çıxartdı

17/04/2026 08:44
71

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

İran Hörmüz boğazını açdı – TƏCİLİ

İran Hörmüz boğazını açdı – TƏCİLİ

17/04/2026 17:02
55
Liderlərin səmimi görüşündən- FOTOLAR

Liderlərin səmimi görüşündən- FOTOLAR

17/04/2026 16:59
55
Ərdoğan: Dünya sərt qırılma ilə üz-üzə qalıb

Ərdoğan: Dünya sərt qırılma ilə üz-üzə qalıb

17/04/2026 16:53
56
Sürücülərə XƏBƏRDARLIQ: aprelin 18-də…

Sürücülərə XƏBƏRDARLIQ: aprelin 18-də…

17/04/2026 16:52
55

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycan İcması Hikmət Babaoğlunu təbrik etdi

Qərbi Azərbaycan İcması Hikmət Babaoğlunu təbrik etdi

17/04/2026 16:05
58

Qərbi Azərbaycan İcması Sumqayıt nümayəndəliyində İdarə Heyətinin iclası keçirilib-FOTOLAR

Qərbi Azərbaycan İcması Sumqayıt nümayəndəliyində İdarə Heyətinin iclası keçirilib-FOTOLAR

13/04/2026 16:21
77

Süfrələrin Etibar Seçimi: “Ovçular” Necə Keyfiyyət Markasına Çevrildi?-VİDEO

Süfrələrin Etibar Seçimi: “Ovçular” Necə Keyfiyyət Markasına Çevrildi?-VİDEO

08/04/2026 11:04
156

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

06/04/2026 12:00
71

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.