Xalq artisti Miri Yusifin (əsl adı: Miryusif Mirbabayev) Amerikada cinayət törətməsi ilə bağlı məlumat vermişdik.
Məsələ ilə bağlı xalq artisti Miri Yusif Ajans.az-a açıqlama verib.
“2006-cı ildə belə bir hadisə baş vermişdi. Heç vaxt bunu gizlətməmişəm. İndi xatırlayanda gülməli gəlir, çünki o vaxtlar çox cavan idim. Təbii ki, həbsdə olmamışam, sadəcə inzibati cəza almışdım. Daha sonra isə Azərbaycana qayıtmışam.
Hazırda bu mövzunun yenidən gündəmə gətirilməsi məni cavanlıq illərinə qaytardı. Çox sağ olun, bir az nostalji hisslər bəxş etdiniz mənə”-deyə, o bildirib.














