Çərşənbə, İyun 17, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Nazir yeni qərar imzaladı

12/06/2026 19:32
Elm və təhsil
46 2
Nazir yeni qərar imzaladı
61
Baxış sayı

Elm və Təhsil Nazirliyinin Kollegiyasının bəzi qərarlarında dəyişiklik olunub.

 

Gündəm24.az  Oxu.az-a istinadla xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev müvafiq qərar imzalayıb.

 

Qərara əsasən, təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, təhsil müəssisəsinə bərpa olunma və ya akademik məzuniyyətdən sonra təhsilini davam etdirmə tələbənin əvvəl təhsil aldığı tədris dilinə (tədris dilinin ingilis və ya türk dilindən ümumi təhsil pilləsində təhsil aldığı tədris dilinə və ya ümumi təhsil pilləsində təhsil aldığı tədris dilinin ingilis və ya türk dilinə dəyişdirilməsi halları istisna olmaqla) uyğun aparılacaq.

Müvafiq qərara qədər istisna yalnız ingilis dilinə şamil olunurdu.

 

Bundan başqa, müvafiq ixtisas (ixtisaslaşma) üzrə normativ təhsil müddəti Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş təhsil proqramı ilə müəyyən olunacaq, tələbənin təhsil müddəti hesablanan zaman akademik məzuniyyət dövrü, eləcə də ali təhsil müəssisəsindən xaric olunduqdan ali təhsil müəssisəsinə bərpa olunana qədər əhatə olunan dövr nəzərə alınmayacaq.

 

Əlavə təhsilin təkrar ali təhsil istiqaməti üzrə təhsilalanların təhsil müəssisəsini, ixtisasını, təhsilalma formasını dəyişdirməsinə yol verilməyəcək. Həmin şəxslər təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunmaq, habelə təhsilini müvəqqəti dayandırmaq (onlara akademik məzuniyyətin verilməsi) hüququna malikdirlər. Ali təhsil müəssisəsindən xaric olunan şəxs, eləcə də akademik məzuniyyətdən qayıdan tələbə yalnız öz ixtisası üzrə təhsilini davam etdirə bilər.

 

Həmçinin xüsusi qabiliyyət tələb edən ixtisas üzrə təhsil alan tələbənin təhsil müəssisəsinin, ixtisasının, təhsilalma formasının dəyişdirilməsi o şərtlə aparılır ki, həmin tələbənin tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının və ali təhsil müəssisəsinə qəbulu üçün verdiyi qabiliyyət imtahanının nəticələri ali təhsil müəssisəsinə qəbul olunduğu ildə dəyişmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas və təhsilalma forması üzrə minimal keçid balından (tələbənin qəbul olduğu il üçün Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən Nazirliklə razılaşdırmaqla müəyyən edilmiş müsabiqə şərtləri gözlənilməklə) çox olsun.

 

Xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil alan tələbələrin təhsil müəssisəsini, ixtisasını, təhsilalma formasını ölkənin ali təhsil müəssisəsinə dəyişdirməsi zamanı aşağıdakı göstəricilərdən biri nəzərə alınacaq:

– Xarici ölkənin ali təhsil müəssisəsində dövlət proqramı və ya hökumətlərarası təqaüd proqramı çərçivəsində təhsil alan Azərbaycan Respublikası vətəndaşının ali təhsil müəssisəsini ölkənin ali təhsil müəssisəsinə dəyişməsi yalnız həmin proqram çərçivəsində təhsilinə xitam verildiyi halda müvafiq qayda nəzərə alınmaqla həyata keçirilir.

 

Qeyd olunur ki, şəxsin əvvəl təhsil aldığı ali təhsil müəssisəsində eyni ixtisas qrupunda uyğun ixtisas və təhsilalma forması üzrə kadr hazırlığı aparılmadıqda, o, Nazirliyin razılığı ilə öz ixtisası və təhsilalma forması üzrə digər ali təhsil müəssisəsinə bərpa oluna bilərlər.

 

Müvafiq ixtisas üzrə normativ təhsil müddəti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən təsdiq olunmuş təhsil proqramı ilə müəyyən olunur, tələbənin təhsil müddəti hesablanan zaman akademik məzuniyyət dövrü, eləcə də orta ixtisas təhsili müəssisəsindən xaric olunduqdan orta ixtisas təhsili müəssisəsinə bərpa olunana qədər əhatə olunan dövr nəzərə alınmır.

 

Əlavə təhsilin təkrar orta ixtisas təhsili istiqaməti üzrə təhsilalanların təhsil müəssisəsini, ixtisasını, təhsilalma formasını dəyişdirməsinə yol verilmir. Həmin şəxslər təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunmaq, habelə təhsilini müvəqqəti dayandırmaq (onlara akademik məzuniyyətin verilməsi) hüququna malikdirlər. Orta ixtisas təhsili müəssisəsindən xaric olunan şəxs, eləcə də akademik məzuniyyətdən qayıdan tələbə yalnız öz ixtisası üzrə təhsilini davam etdirə biləcəklər.

Oxşarxəbərlər

Azərbaycanda müəllimlərin vahid geyimi olacaq – QANUN
Elm və təhsil

Azərbaycanda müəllimlərin vahid geyimi olacaq – QANUN

16/06/2026 11:14
71
SON DƏQİQƏ! Tələbələrə vacib xəbər: Yeni qaydalara əsasən…
Elm və təhsil

SON DƏQİQƏ! Tələbələrə vacib xəbər: Yeni qaydalara əsasən…

15/06/2026 11:36
53
Bu müəllimlərin MAAŞI ARTACAQ
Elm və təhsil

Bu müəllimlərin MAAŞI ARTACAQ

13/06/2026 21:05
56
Emin Əmrullayevdən müəllimlərə ŞAD XƏBƏR
Elm və təhsil

Emin Əmrullayevdən müəllimlərə ŞAD XƏBƏR

13/06/2026 16:03
55
Məktəblərdə yenilik olacaq – RƏSMİ
Elm və təhsil

Məktəblərdə yenilik olacaq – RƏSMİ

13/06/2026 13:57
61
İyulda keçiriləcək MİQ imtahanı ilə bağlı yeni detallar – RƏSMİ AÇIQLAMA
Elm və təhsil

İyulda keçiriləcək MİQ imtahanı ilə bağlı yeni detallar – RƏSMİ AÇIQLAMA

13/06/2026 11:57
59

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Tanınmış aktrisa sevgilisinə XƏYANƏT ETDİ- FOTO

Tanınmış aktrisa sevgilisinə XƏYANƏT ETDİ- FOTO

17/06/2026 11:42
50
Vardanyanın arvadı üstümüzə DƏSTƏ gətirir – Bakıdan SƏRT CAVAB

Vardanyanın arvadı üstümüzə DƏSTƏ gətirir – Bakıdan SƏRT CAVAB

17/06/2026 11:16
50
Şərur mahalı: Arazın sahilində unudulmayan yurd

Şərur mahalı: Arazın sahilində unudulmayan yurd

17/06/2026 10:42
51
Rəvan Qarayev: “Həyat yoldaşım buna icazə vermir”

Rəvan Qarayev: “Həyat yoldaşım buna icazə vermir”

17/06/2026 10:17
52

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Şərur mahalı: Arazın sahilində unudulmayan yurd

Şərur mahalı: Arazın sahilində unudulmayan yurd

17/06/2026 10:42
51

“Dövlətə xəyanət” ittihamı gündəmdə: Saxlanılanları ağır cəza gözləyir

“Dövlətə xəyanət” ittihamı gündəmdə: Saxlanılanları ağır cəza gözləyir

17/06/2026 08:51
51

Messi tarixə keçdi: Altı Dünya Kuboku, 16 qol və zirvə uğrunda yeni savaş

Messi tarixə keçdi: Altı Dünya Kuboku, 16 qol və zirvə uğrunda yeni savaş

17/06/2026 07:16
50

Şok iddia: ABŞ-ın narkotiklə mübarizə əməliyyatlarında 200-dən çox insan həlak olub

Şok iddia: ABŞ-ın narkotiklə mübarizə əməliyyatlarında 200-dən çox insan həlak olub

17/06/2026 07:00
55

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.