Cümə, Oktyabr 23, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

“Novruz” əvəzinə “Bahar bayramı” deməliyik? – Kulturoloq açıqladı

26/03/2026 12:05
Gündəm
859 17
“Novruz” əvəzinə “Bahar bayramı” deməliyik? – Kulturoloq açıqladı
725
Paylaşım sayı
1k
Baxış sayı

““Novruz” sözünün fars mənşəli olması faktdır. Bu məsələyə emosiya ilə deyil, filoloji və kulturoloji soyuqqanlılıqla baxmaq daha doğrudur. Amma bundan “Novruz bizə yad addır, onu mütləq dəyişməliyik” qənaətinə gəlmək düzgün deyil. Çünki mədəniyyətlər tarix boyu söz, rəmz və mərasim mübadiləsi ilə yaşayır, bir sözün etimologiyası başqa, onun yüzillərlə qazandığı mədəni mənsubiyyət isə tamam başqa məsələdir”.

Gündəm24.az  xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında kulturoloq Əbülfəz Babazadə deyib.
O bildirib ki, məsələni “Novruz əvəzinə Bahar bayramı deyək” şəklində qurmaq da elmi baxımdan tam ardıcıl deyil: ““Bahar” sözünün özü də farsca bahar sözündən gəlir, bunu həm Türk Dil Qurumu, həm də etimoloji lüğətlər təsdiqləyir. Yəni “fars mənşəli sözü çıxaraq, yerinə daha milli ad qoyaq” arqumenti burada bir qədər öz ayağına güllə atır. Çünki təklif olunan alternativin kökü də eyni dil ailəsinə gedib çıxır. Kulturoloji və etnoloji baxımdan isə daha vacib məqam budur: Novruz tək bir xalqın deyil, geniş bir coğrafiyanın ortaq mədəni irsidir. UNESCO bu bayramı 3 mindən çox illik ənənə kimi təqdim edir, onun Balkanlardan Qafqaza, Mərkəzi Asiyadan Yaxın Şərqə qədər geniş arealda qeyd olunduğunu vurğulayır və 2009-cu ildə, sonra isə 2016-cı ildə genişləndirilmiş şəkildə, Azərbaycan da daxil olmaqla, bir neçə ölkənin birgə təşəbbüsü ilə Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyini göstərir. UNESCO-nun öz təqdimatında belə bu bayramın müxtəlif formaları yanaşı verilir: Nawrouz, Novruz, Nowruz, Navruz, Nevruz və s. Bu da göstərir ki, burada əsas olan təkcə ad yox, ortaq məna və yaşadılan ənənədir”.
Ə.Babazadə vurğulayıb ki, ən sağlam yanaşma Novruzu barış və ortaq dəyərlər bayramı kimi qəbul etmək olar: “Bu bayram baharın gəlişini, təbiətin oyanışını, ailə birliyini, qonşuluğu, paylaşmağı və yenilənməni simvolizə edir. UNESCO da Novruzun məhz sülh, nəsillərarası həmrəylik, barışma və mehriban qonşuluq dəyərlərini təşviq etdiyini vurğulayır. Yəni məsələni ayrışdırıcı “kimdən gəldi?” mübahisəsinə yox, birləşdirici “bugün biz bununla nəyi yaşadırıq?” sualına bağlamaq daha doğru olar. Bir cümlə ilə desək “Novruz” tarixi addır, “bahar bayramı” isə onun izahıdır. Gəlin bunları bir-birinə qarşı qoymayaq, əksinə bir-birini tamamlayan anlayışlar kimi qəbul edək ki, dünyada ortaq dəyərlər üzərində qurulan sülh daha əlçatan olsun”.
Qeyd: Uzun illərdir Amerikada yaşayan müğənni Elariz Məmmədoğlunun Novruz bayramı ilə bağlı mübahisəli təklifi birmənalı qarşılanmayıb və müzakirələrə səbəb olub. O, bayramın adının dəyişdirilməsinin vacib olduğunu bildirib: “Biz niyə bayramımızın adını farslaşdırmalı və yaxud başqa dillərin təsiri altında saxlamalıyıq? Novruz bayramının adı əslində Bahar bayramıdır. “Novruz” sözü fars mənşəlidir – “nov” yeni, “ruz” isə gün deməkdir. Martın 20-21-də bahar gəlir və bu bayram da məhz baharın gəlişini simvolizə edir. Elə buna görə də onun adı Bahar bayramı olmalıdır”.

Oxşarxəbərlər

Ermənistana keçən azərbaycanlı çobanın adı AÇIQLANDI
Gündəm

Ermənistana keçən azərbaycanlı çobanın adı AÇIQLANDI

22/10/2026 09:33
956
Azərbaycan məktəblərində “TikTok”a giriş məhdudlaşdırıldı
Gündəm

Azərbaycan məktəblərində “TikTok”a giriş məhdudlaşdırıldı

21/10/2026 12:17
957
Türkiyə bu ölkəyə ordu yeridir – Saziş TBBM-ə verildi
Gündəm

Türkiyə bu ölkəyə ordu yeridir – Saziş TBBM-ə verildi

20/10/2026 16:28
957
Ermənistan Nəsimi Musayevin VİDEOSUNU YAYDI
Gündəm

Ermənistan Nəsimi Musayevin VİDEOSUNU YAYDI

20/10/2026 15:30
956
Paşinyan Qırğızıstan Prezidentinə görə onu işdən çıxardı
Gündəm

Paşinyan Qırğızıstan Prezidentinə görə onu işdən çıxardı

20/10/2026 09:39
960
“44” Filminin Nümayişi Zamanı Çəkiliş Aparanlar Cəzalandırılacaq
Gündəm

“44” Filminin Nümayişi Zamanı Çəkiliş Aparanlar Cəzalandırılacaq

19/10/2026 14:29
974

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Zenfira İbrahimova: “4 il əvvəl qabırğalarımı çıxartdırmışam”

Zenfira İbrahimova: “4 il əvvəl qabırğalarımı çıxartdırmışam”

23/10/2026 12:10
954
Baş nazirə məktəblərlə bağlı müraciət edildi – Dərs saatı ərzində…

Baş nazirə məktəblərlə bağlı müraciət edildi – Dərs saatı ərzində…

23/10/2026 11:52
953
Nazirdən sosial ödənişlərlə bağlı sevindirici xəbər

Nazirdən sosial ödənişlərlə bağlı sevindirici xəbər

23/10/2026 11:51
954
“Nömrələrin təkrar satışı ilə bağlı yenilik olmalıdır”

“Nömrələrin təkrar satışı ilə bağlı yenilik olmalıdır”

23/10/2026 11:47
954

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Vartana kəndi – Qərbi Azərbaycanın unudulmayan yurdu

Vartana kəndi – Qərbi Azərbaycanın unudulmayan yurdu

23/10/2026 08:42
957

Qondaxsaz kəndi – Qərbi Azərbaycanın qədim yurd yerlərindən biri

Qondaxsaz kəndi – Qərbi Azərbaycanın qədim yurd yerlərindən biri

22/10/2026 08:21
956

Göyçənin qədim yurdu Abdalağalı: Tarixin yaddaşında yaşayan kənd

Göyçənin qədim yurdu Abdalağalı: Tarixin yaddaşında yaşayan kənd

21/10/2026 08:10
960

Sumqayıtda Şəhid Rüfət Əhmədzadənin Anım Tədbiri Keçirilib-FOTOLAR

Sumqayıtda Şəhid Rüfət Əhmədzadənin Anım Tədbiri Keçirilib-FOTOLAR

20/10/2026 18:58
971

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.