11:35
Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.
Bu barədə Gündəm24.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, vida mərasiminin vaxtı barədə əlavə məlumat təqdim olunacaq.
Mərhum xalq şairi mərasimdən sonra I Fəxri xiyabanda dəfn ediləcək.
Qeyd edək ki, N.Həsənzadə bu gün dünyasını dəyişib.














