Çərşənbə axşamı, İyul 14, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

“Öcalandan bu tələb olunacaq” – Türkiyəli ekspert İmralı prosesinin pərdəarxası məqamlarını açdı

24/11/2025 19:04
Dünya
49 2
“Öcalandan bu tələb olunacaq” – Türkiyəli ekspert İmralı prosesinin pərdəarxası məqamlarını açdı
64
Baxış sayı

“İmralı prosesi sadəcə nümayəndə heyətinin səfəri kimi qəbul edilməməlidir. Bu, əldə edilən uğurların danışıqlar masasında təsdiqlənməsi, təşkilatın ləğvi prosesinin təmin edilməsi və Türkiyənin regional strateji nəzarətinin möhkəmləndirilməsi deməkdir”.

Gündəm24.az   Globalinfo.az-a istinadən xəbər verir ki, “Türkiyə Gazetesi” yazarı, siyasi ekspert Nur Tuğba Aktay bildirib. O, nümayəndə heyətinin səfərinin Türkiyə Böyük Millət Məclisinin çətiri altında Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası və Demokratik Bölgələr Partiyası millət vəkillərinin qanunvericilik himayəsi altında həyata keçirilən şəffaf bir proses olduğunu qeyd edib. Siyasi ekspertin sözlərinə görə məqsəd simvolik bir nümayiş deyil, Türkiyənin danışıqlar masasında üstünlüyünü təmin etməkdir:

“Bu, həm də milli təhlükəsizlik, hüquqi sabitlik və regional tarazlıq üçün vacibdir. Tarixə nəzər saldıqda, Osmanlıdan sonrakı dövrdə Türkiyənin Yaxın Şərq və Qafqazda sərhədlərini və etnik və məzhəb tarazlığını qorumaq üçün davamlı olaraq diplomatik və strateji manevrlər etdiyini görmək olar. Bu gün də yerdəki güc danışıqlar masasında nəzarət ilə möhkəmləndirilir”.

N.T.Aktay səfərdə ən vacib məqamın Abdullah Öcalan vasitəsilə SDG-yə “silahlarınızı yerə qoyun” çağırışının edilməsi olduğunu xüsusi vurğulayıb:

“Öcalanın simvolik çəkisi təşkilatın dağılmasını sürətləndirəcək psixoloji təsirə malikdir. Bu çağırış ABŞ və İsrailin bölgədəki ekspansionist, etnik və məzhəbçi müdaxilələrini pozacaq, Türkiyənin sərhəd təhlükəsizliyini və Suriyanın şimalında sabitliyi təmin edəcək.

İsrailin ekspansionist siyasəti, ABŞ-ın strateji müdaxilələri, İran və digər aktorların bölgəyə təsir göstərmək cəhdləri Türkiyənin sərhədləri və etnik və məzhəb tarazlığı üzərindən bölgədə sabitliyi pozmaq potensialına malikdir. Bu aktorlar 2026-cı ildə strategiyalarını yenidən formalaşdırarkən, Türkiyə yerdəki qüvvələr nisbətini, enerji xətlərini, miqrasiya yollarını və geosiyasi ittifaqları idarə etməlidir”.

“Öcalandan bu tələb olunacaq” – Türkiyəli ekspert İmralı prosesinin pərdəarxası məqamlarını açdı

Nur Tuğba Aktay

Türkiyəli yazar İmralı prosesinin və SDG-yə çağırışın sadəcə daxili təhlükəsizlik tədbirləri deyil, bögədəki strateji üstünlük, diplomatik danışıqlar aparmaq və Türkiyənin nəzarət mexanizminin təmin etmək üçün vasitə olduğunu vurğulayıb:

“Bu məqamda, Azərbaycanlı qardaşlarımız da bilməlidirlər ki, Türkiyənin regiondakı rolu yalnız öz təhlükəsizliyi üçün vacib deyil; bu, həm də regional sülh, sabitlik və qardaş xalqlarla strateji həmrəylik baxımdan zəruridir. Türkiyə ilə Azərbaycan arasındakı tarixi, mədəni və strateji əlaqələr bu prosesin regional təsirini daha da əhəmiyyətli edir. Yaxın Şərqdə və Qafqazda sabitliyin təmin edilməsi güclü və uzaqgörən diplomatiya vasitəsilə əldə edilmiş nəzarəti danışıqlar masasına götürməkdən asılıdır”.

Aktay, yekun olaraq, İmralı prosesinin və dövlətin strateji addımlarının təkcə terrorizmin aradan qaldırılması üçün deyil, həm də 2026-cı il qlobal və regional geosiyasi nizamda Türkiyənin xeyrinə bir tarazlığın yaradılması və xarici aktorların bölgə üzərindən manipulyasiya cəhdlərinin neytrallaşdırılması üçün vacib olduğunu deyib. Bildirib ki, bu prosesi anlamaq istəyənlər ona gündəlik siyasi müzakirələrə görə deyil, tarixi perspektiv, strateji müdriklik və regional məsuliyyət hissi ilə yanaşmalıdırlar.

Oxşarxəbərlər

Netanyahu AXTARIŞA VERİLDİ
Dünya

Netanyahu AXTARIŞA VERİLDİ

14/07/2026 19:55
50
Putin Tehrana “Qiyamət günü təyyarəsi” göndərdi
Dünya

Putin Tehrana “Qiyamət günü təyyarəsi” göndərdi

14/07/2026 18:34
53
Dünya müharibəsi başlasa, 6 ölkə hədəfdə olacaq – Siyahı
Dünya

Dünya müharibəsi başlasa, 6 ölkə hədəfdə olacaq – Siyahı

14/07/2026 16:11
64
Paul Ronzheimer: Putin çıxılmaz vəziyyətdədir – ŞOK SƏBƏB
Dünya

Paul Ronzheimer: Putin çıxılmaz vəziyyətdədir – ŞOK SƏBƏB

14/07/2026 14:02
56
Bu ölkədə fövqəladə vəziyyət elan edildi: ÖLƏNLƏR VAR
Dünya

Bu ölkədə fövqəladə vəziyyət elan edildi: ÖLƏNLƏR VAR

14/07/2026 11:53
53
Səmada gözlənilməz mesaj: Pilotun yazdığı söz GÜNDƏM OLDU
Dünya

Səmada gözlənilməz mesaj: Pilotun yazdığı söz GÜNDƏM OLDU

14/07/2026 10:54
55

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Netanyahu AXTARIŞA VERİLDİ

Netanyahu AXTARIŞA VERİLDİ

14/07/2026 19:55
50
Bu müəssisə tüklü toyuqlardan KOLBASA hazırlayırmış

Bu müəssisə tüklü toyuqlardan KOLBASA hazırlayırmış

14/07/2026 19:26
53
“Xanımım inciməsin, amma işə görə bunu ləğv edərəm”

“Xanımım inciməsin, amma işə görə bunu ləğv edərəm”

14/07/2026 18:58
50
Tuqay Hüseynov SAXLANILDI: Azərbaycana GƏTİRİLİR

Tuqay Hüseynov SAXLANILDI: Azərbaycana GƏTİRİLİR

14/07/2026 18:55
50

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
İrəvan xanlığının yadigarı – Dəmirbulaq məscidi

İrəvan xanlığının yadigarı – Dəmirbulaq məscidi

14/07/2026 11:17
59

Şuşadan dünyaya verilən mesaj

Şuşadan dünyaya verilən mesaj

13/07/2026 18:01
59

Göy məscid: İrəvanın mavi incisi və Azərbaycan memarlığının şah əsəri

Göy məscid: İrəvanın mavi incisi və Azərbaycan memarlığının şah əsəri

13/07/2026 09:17
71

Oxçu qalası – Zəngəzurun əzəmətli Babək qalalarından biri

Oxçu qalası – Zəngəzurun əzəmətli Babək qalalarından biri

10/07/2026 09:29
69

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.