Bu il Müstəqil Dövlətlər Birliyi özünün otuz beş illiyini qeyd edir. Ötən illər ərzində MDB siyasi dialoqun dəstəklənməsi, qarşılıqlı faydalı əməkdaşlığın inkişafı və ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi üçün tələbat duyulan platforma kimi özünü təsdiqləyib.
Gündəm24.az xəbər verir ki, bunu Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edərkən bildirib.













