Toy mövsümü başlayıb, qızıl dükanlarında da alıcıların sayı artıb. Dünya bazarında qızılın qiymətinin yüksəlməsi yerli bazarda da özünü göstərir.
Gündəm24.az xəbər verir ki, hazırda qızılın bəzi növlərinin bir qramı 165 manata qədər bahalaşıb.
Bəs alıcı qızıl seçərkən nələrə diqqət etməlidir? Bu sualla müraciət etməyimizin səbəbi isə növbəti süjetdə aydın olacaq. Çünki qızıl alarkən yalnız onun parıltısına diqqət yetirmək kifayət etmir. Qızılın həqiqiliyini müəyyənləşdirmək də artıq, belə deyək, müşkülə çevrilib.














