Bazar ertəsi, Oktyabr 26, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Qərbi Azərbaycan İcması ləğv ediləcək? – Bu barədə düşünməyin özü milli xəyanətdir – MÜSAHİBƏ

24/11/2025 15:47
Manşet, Qərbi Azərbaycan
828 8
Qərbi Azərbaycan İcması ləğv ediləcək? – Bu barədə düşünməyin özü milli xəyanətdir – MÜSAHİBƏ
692
Paylaşım sayı
961
Baxış sayı

Azərbaycan bölgədə yeni güc balansının formalaşdığı, qlobal siyasətin isə sürətlə dəyişdiyi bir mərhələdən keçir. Regional sabitlik, sülh danışıqları, geosiyasi əməkdaşlıqlar və böyük dövlətlərlə münasibətlərin yenidən qurulduğu bu dövr hər kəsin diqqət mərkəzindədir. Belə bir zamanda Azərbaycanın siyasi çəkisi, diplomatik xətti və strateji tərəfdaşlıqları həm region, həm də beynəlxalq sistem üçün müəyyənedici faktor rolunu oynayır. Bu kontekstdə həm sülh gündəliyinin inkişaf perspektivləri, həm Qərbi Azərbaycan məsələsi, həm də böyük güclərlə münasibətlərin yönü barədə verilən fikirlər ölkənin qarşıdakı illərdə hansı mövqedə dayanacağını anlamaq baxımından xüsusi əhəmiyyət daşıyır. Aşağıdakı müsahibə də məhz bu əsas sualların cavablarını özündə ehtiva edir.

Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli regionda baş verən dəyişikliklər, Azərbaycanın qlobal gücə çevrilməsi ilə bağlı Crossmedia.az-a geniş müsahibə verib:

–    Azərbaycanın dünyadakı geosiyasi üstünlüyü nədən ibarətdir?

–    Azərbaycanın təbii-coğrafi mövqeyi, resursları və Azərbaycan Prezidentinin siyasi qətiyyəti, diplomatik gücü, beynəlxalq nüfuzu Azərbaycanın dünyadakı geosiyasi üstünlüyünü təmin edən iki mühüm faktordur. Ölkəmizin belə təbii-coğrafi mövqedə yerləşməsi və xalqımızın İlham Əliyev kimi bir siyasi liderə, dövlətimizin belə bir Prezidentə, ordumuzun belə bir Ali Baş komandana malik olması hər birimizin tarixi xoşbəxtliyi, tarixi şansıdır. Xüsusilə dünyanın indiki çox mühüm bir dövründə.

–    Ermənistanla sülh müqaviləsindən sonra QAİ-nın ləğv ediləcəyi ilə bağlı fikirlər var. Bununla bağlı nə deyə bilərsiniz?

–    Bu barədə düşünməyin özü milli xəyanətdir. Ermənistanla Azərbaycan arasında bağlanacaq sülh müqaviləsi dövlətlərarası münasibətlərin tənzimlənməsi məsələsidir və Qərbi Azərbaycan İcması olaraq biz də bunu dəstəkləyirik, təbii ki, biz də istəyirik ki, regiona sülh, əmin-amanlıq gəlsin. Azərbaycan həmişə bunu istəyib. Bölgəyə düşmənçiliyi, müharibəni, işğalı gətirən ermənilərdir, indi də bunun cəzasını çəkir, bədəlini ödəyirlər və ödəyəcəklər. Lakin heç bir sülh, heç bir saziş müharibənin tərkib hissəsi kimi doğma ev-eşiyindən didərgin salınmış, təhqir edilmiş, qovulmuş, haqqı-hüququ tapdalanmış insanların müharibədən sonra geri qayıtmaq hüququnu inkar edə və ya əlindən ala bilməz. Biz öz ata-baba yurdumuza qayıdacağıq, bunu hər kəs bilməlidir. Cənab Prezident deyib dinc yolla qayıdacağıq, deməli, dinc yolla qayıdacağıq. Bu, bizim ermənilərə ən böyük güzəştimizdir.

–    Ermənistan-Azərbaycan sülh müqaviləsindən sonra regionun necə şəkillənməsini gözləyirsiniz?

–    Mən hələlik Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasını gözləyirəm. Yəqin başa düşdünüz nə demək istədiyimi…

–    Azərbaycan-Türkiyə əməkdaşlığı regionda çox ciddi nəticələr yaradırdı. İndi Azərbaycan-Türkiyə-Pakistan üçlüyü formalaşıb. Bu kimlərisə narahat edirmi? Yaxud narahat etməlidirmi?

–    Təbii ki, Azərbaycan-Türkiyə əməkdaşlığı kimləri narahat edirdisə və ya edirsə, Azərbaycan-Türkiyə-Pakistan üçlüyü də həminkiləri narahat edəcək. Azərbaycan da, Türkiyə də, Pakistan da tarixi-dini köklərlə bir-birinə bağlı və doğma olan, müstəqil siyasət yeridən ölkələrdir və heç biri başqalarının maraqlarına görə öz siyasətlərini qurmurlar, hər birinin öz milli və dövləti maraqları var və bu maraqlar bu gün bu ölkələrin bir yerdə olmasını zəruri edir və onlar bir yerdədirlər.

–    Azərbaycan-ABŞ və Azərbaycan-Fransa münasibətləri artıq inkişaf edir və gərginliklər aradan qaldırılır. Bu hadisələri necə müşahidə edirsiniz?

–    Cənab Prezident İlham Əliyev özünün siyasi-diplomatik gücünü və bacarığını bir daha nümayiş etdirdi və bir daha dünyanı heyrətləndirdi, dostları sevindirdi, düşmənləri məyus etdi.

–    Azərbaycan son illər siyasi nüfuzunu artırır. Sizcə beynəlxalq arenada ölkənin yumşaq güc potensialından daha effektiv istifadə etmək üçün hansı addımlar atılmalıdır?

–    Cənab Prezident Azərbaycanın milli və dövləti maraqları baxımından bütün zəruri addımları atır.

https://crossmedia.az/az/article/56139

Oxşarxəbərlər

Trampdan ŞOK AÇIQLAMA: “O bacarıqsız prezident idi”
Manşet

Trampdan ŞOK AÇIQLAMA: “O bacarıqsız prezident idi”

25/10/2026 14:37
960
İlham Əliyev Tokayevi təbrik edib
Manşet

İlham Əliyev Tokayevi təbrik edib

25/10/2026 13:32
961
Naxçıvanda Ağır Qəza: 6 Yaralı Var
Manşet

Naxçıvanda Ağır Qəza: 6 Yaralı Var

25/10/2026 11:40
962
Vurulan gəmidə sağ qalan azərbaycanlıların fotosu yayıldı
Dünya

Vurulan gəmidə sağ qalan azərbaycanlıların fotosu yayıldı

23/10/2026 21:49
957
Gələn il kimlərin maaşı artacaq?
İqtisadiyyat

Gələn il kimlərin maaşı artacaq?

23/10/2026 21:37
955
Etdiyi yaxşılığı ömür boyu başa qaxan 4 bürc
Manşet

Etdiyi yaxşılığı ömür boyu başa qaxan 4 bürc

23/10/2026 21:13
958

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

“Anamla atam ailə qurmağımı istəyir” – Günel

“Anamla atam ailə qurmağımı istəyir” – Günel

25/10/2026 14:40
959
Trampdan ŞOK AÇIQLAMA: “O bacarıqsız prezident idi”

Trampdan ŞOK AÇIQLAMA: “O bacarıqsız prezident idi”

25/10/2026 14:37
960
Qızılı Çox Olanlara Pis Xəbər

Qızılı Çox Olanlara Pis Xəbər

25/10/2026 13:47
965
İlham Əliyev Tokayevi təbrik edib

İlham Əliyev Tokayevi təbrik edib

25/10/2026 13:32
961

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Vartana kəndi – Qərbi Azərbaycanın unudulmayan yurdu

Vartana kəndi – Qərbi Azərbaycanın unudulmayan yurdu

23/10/2026 08:42
990

Qondaxsaz kəndi – Qərbi Azərbaycanın qədim yurd yerlərindən biri

Qondaxsaz kəndi – Qərbi Azərbaycanın qədim yurd yerlərindən biri

22/10/2026 08:21
956

Göyçənin qədim yurdu Abdalağalı: Tarixin yaddaşında yaşayan kənd

Göyçənin qədim yurdu Abdalağalı: Tarixin yaddaşında yaşayan kənd

21/10/2026 08:10
961

Sumqayıtda Şəhid Rüfət Əhmədzadənin Anım Tədbiri Keçirilib-FOTOLAR

Sumqayıtda Şəhid Rüfət Əhmədzadənin Anım Tədbiri Keçirilib-FOTOLAR

20/10/2026 18:58
972

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.