Bazar ertəsi, Oktyabr 26, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Qərbi Azərbaycan İcması ötən üç ildə hansı hədəflərinə nail olub?

08/12/2025 13:06
Manşet, Qərbi Azərbaycan
790 60
Qərbi Azərbaycan İcması ötən üç ildə hansı hədəflərinə nail olub?
703
Paylaşım sayı
977
Baxış sayı

Prezident İlham Əliyevin “Mədəni irs və qayıdış hüququ” mövzusunda keçirilən III beynəlxalq konfrans iştirakçılarına müraciətində Qərbi Azərbaycan İcmasının fəaliyyətinə dair sözlər, xüsusilə də “Deportasiya və qırğınlardan birbaşa əziyyət çəkən insanları özündə birləşdirən Qərbi Azərbaycan İcmasının təmkinli, konstruktiv yanaşması, barışıq və dialoqa açıq olması, öz fəaliyyətini beynəlxalq hüquqa uyğun qurması, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət etməsi təqdir olunmalıdır” fikri İcmanın bugünkü missiyasının dövlət səviyyəsində yüksək qiymətləndirildiyini göstərir.

Bunu AZƏRTAC-a açıqlamasında Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri və Milli Məclisin deputatı Əziz Ələkbərli söyləyib.

O bildirib ki, dövlətimizin başçısının verdiyi bu qiymət həm böyük qürur, həm də böyük məsuliyyət yaradır. Prezident İlham Əliyevin “İnanırıq ki, Qərbi Azərbaycan İcmasının sülhsevər üzvləri öz ata-baba yurdlarına qayıdacaq” fikri soydaşlarımızın qayıdışına olan yüksək inamın göstəricisidir.

Ə.Ələkbərli xatırladıb ki, qayıdışın bütün detallarını Prezident İlham Əliyev hələ 2022-ci il dekabrın 24-də İcmada etdiyi tarixi çıxışda açıqlamışdı. Daha sonra AMEA-nın yubileyində və bu son müraciətdə həmin mövqenin yenidən vurğulanması Qərbi Azərbaycana qayıdış məsələsinin Azərbaycan üçün həm ümummilli, həm də dövlət əhəmiyyətli məsələ olduğunu bir daha ortaya qoyur.

“Azərbaycan sülh və barışıq tərəfdarıdır, lakin bu sülh kağız üzərində yox, real həyatda olmalıdır. Ermənistanda revanşist və şovinist qüvvələr prosesə mane olur və Ermənistan cəmiyyətinin bu baxışlardan təmizlənməsi vacibdir. Azərbaycan xalqına qarşı cinayət törədənlərin cəzalandırılması isə həm beynəlxalq hüququn, həm də ədalətin tələbidir. Erməni xalqı düşmənçilik düşüncəsini formalaşdıran siyasi və ideoloji dairələrin, əslində, özlərinə də ziyan vurduğunu anlamalıdır”, – deyə İcma sədri vurğulayıb.

Fəaliyyətin gələcək mərhələsindən danışan deputat bildirib ki, Qərbi Azərbaycan İcması ilk üç ildə əsas hədəflərinə nail olub: Qayıdış Konsepsiyası qəbul edilib, İcma təşkilatlanma mərhələsini tamamlayıb, qayıdış məsələsi ümummilli məna kəsb edən mövzuya çevrilib və beynəlxalq müstəviyə çıxarılıb.

“İndi isə yeni mərhələ başlayır. Bu mərhələdə həm görülən işlərin daha sistemli davamı, həm də qayıdışı təmin edəcək ölkədaxili hüquqi bazanın formalaşdırılması əsas vəzifə kimi qeyd olunur. Hazırda bu istiqamətdə xüsusi qanunvericilik yoxdur, buna görə də ya mövcud “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” Qanun Konsepsiyaya uyğunlaşdırılmalı, ya da “Qərbi Azərbaycan qaçqınlarının statusu haqqında” yeni qanun qəbul edilməlidir”, – deyə Əziz Ələkbərli vurğulayıb.

O, həmçinin Ermənistan rəhbərliyi ilə ilkin danışıqların başlanmasını və soydaşlarımızın qayıdış hüququnun Ermənistan tərəfindən rəsmən tanınmasını növbəti hədəf kimi göstərərək deyib: “Bu məqsədə çatmaq mümkündür, çünki irəli sürülən bütün tələblər beynəlxalq hüquqa əsaslanır və həm azərbaycanlı qaçqınların, həm də Ermənistanın və erməni xalqının maraqlarına uyğundur”.

https://azertag.az/xeber/qerbi_azerbaycan_icmasi_oten_uch_ilde_hansi_hedeflerine_nail_olub-3902347?

Oxşarxəbərlər

Bu şəxslərə ödəniş edildi – RƏSMİ AÇIQLAMA
CƏMİYYƏT

Bu şəxslərə ödəniş edildi – RƏSMİ AÇIQLAMA

26/10/2026 10:45
952
Azərbaycan XİN Avstriyanı təbrik etdi
Manşet

Azərbaycan XİN Avstriyanı təbrik etdi

26/10/2026 10:39
951
Şəhid anası 21 ildir ev növbəsində imiş – Rəsmi açıqlama
CƏMİYYƏT

Şəhid anası 21 ildir ev növbəsində imiş – Rəsmi açıqlama

26/10/2026 10:20
952
Keçmiş nazir Ərdoğanın qərarına belə reaksiya verdi
Manşet

Keçmiş nazir Ərdoğanın qərarına belə reaksiya verdi

26/10/2026 10:10
954
Sumqayıtda qəza – 5 maşın toqquşdu
Hadisə

Sumqayıtda qəza – 5 maşın toqquşdu

26/10/2026 10:07
952
Bakıda bu yol tam bağlanır
CƏMİYYƏT

Bakıda bu yol tam bağlanır

26/10/2026 09:52
953

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Bu şəxslərə ödəniş edildi – RƏSMİ AÇIQLAMA

Bu şəxslərə ödəniş edildi – RƏSMİ AÇIQLAMA

26/10/2026 10:45
952
Azərbaycan XİN Avstriyanı təbrik etdi

Azərbaycan XİN Avstriyanı təbrik etdi

26/10/2026 10:39
951
Şəhid anası 21 ildir ev növbəsində imiş – Rəsmi açıqlama

Şəhid anası 21 ildir ev növbəsində imiş – Rəsmi açıqlama

26/10/2026 10:20
952
Keçmiş nazir Ərdoğanın qərarına belə reaksiya verdi

Keçmiş nazir Ərdoğanın qərarına belə reaksiya verdi

26/10/2026 10:10
954

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın Keypəşən kəndi: Məliklilər tayfasının qədim yurdu

Qərbi Azərbaycanın Keypəşən kəndi: Məliklilər tayfasının qədim yurdu

26/10/2026 08:41
952

Vartana kəndi – Qərbi Azərbaycanın unudulmayan yurdu

Vartana kəndi – Qərbi Azərbaycanın unudulmayan yurdu

23/10/2026 08:42
990

Qondaxsaz kəndi – Qərbi Azərbaycanın qədim yurd yerlərindən biri

Qondaxsaz kəndi – Qərbi Azərbaycanın qədim yurd yerlərindən biri

22/10/2026 08:21
956

Göyçənin qədim yurdu Abdalağalı: Tarixin yaddaşında yaşayan kənd

Göyçənin qədim yurdu Abdalağalı: Tarixin yaddaşında yaşayan kənd

21/10/2026 08:10
962

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.