Çərşənbə axşamı, İyun 23, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Ramiz İsmayılov: “Qərbi Azərbaycana qayıdış hüququ tarixi ədalətin bərpası məsələsidir”

23/06/2026 13:17
Manşet, Özəl, Qərbi Azərbaycan
52 2
Ramiz İsmayılov: “Qərbi Azərbaycana qayıdış hüququ tarixi ədalətin bərpası məsələsidir”
68
Baxış sayı

Qərbi Azərbaycan məsələsi minlərlə soydaşımızın doğma yurdlarından zorla çıxarılması ilə bağlı tariximizin ən ağrılı və həssas mövzularından biridir. Bu gün həmin hadisələrin hüquqi-siyasi qiymətləndirilməsi, beynəlxalq müstəviyə çıxarılması və tarixi ədalətin bərpası istiqamətində ciddi addımlar atılır. Mövzu ətrafında Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəliyinin sədri Ramiz İsmayılovla müsahibəni təqdim edirik:

– Ramiz müəllim, Qərbi Azərbaycan torpaqlarından azərbaycanlıların deportasiyası haqqında danışarkən ilk növbədə hansı tarixi həqiqətlərə diqqət yetirmək lazımdır?

– Qərbi Azərbaycandan soydaşlarımızın deportasiyası xalqımızın tarixində silinməz izlər qoyan ən ağrılı səhifələrdən biridir. Bu, bir günün və ya bir hadisənin nəticəsi olmayıb. XX əsr boyu müxtəlif mərhələlərdə həyata keçirilən məqsədyönlü deportasiyalar nəticəsində yüz minlərlə azərbaycanlı öz dədə-baba yurdlarından didərgin salınıb. İrəvan, Göyçə, Zəngəzur, Dərələyəz, Vedibasar, Basarkeçər, Ağbaba kimi bölgələrdə əsrlər boyu yaşayan azərbaycanlılar doğma ocaqlarından ayrı düşüblər. Bu, təkcə insanların köçürülməsi deyil, bütöv bir xalqın yaddaşına, mədəniyyətinə və genofonduna vurulan ağır zərbə idi.

– Bu hadisələrin gələcək nəsillərə düzgün çatdırılması baxımından hansı məsələlər önəmlidir?

– Tarixi həqiqətlərin dərindən araşdırılması və gələcək nəsillərə sistemli şəkildə çatdırılması həyati əhəmiyyət kəsb edir. Biz bu mövzunu yalnız bir faciə kimi deyil, həm də milli kimlik və yaddaş məsələsi kimi dəyərləndirməliyik. Gənclərimiz bilməlidir ki, Qərbi Azərbaycan sadəcə coğrafi məkan deyil, ulu babalarımızın yurdu, zəngin mədəniyyətimizin ayrılmaz hissəsidir. Tarixi sənədlər, şahid xatirələri və arxiv materialları əsasında bu həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması fəaliyyətimizin ana xəttini təşkil edir.

– Sumqayıtda yaşayan Qərbi Azərbaycan əsilli ailələrin tarixi yaddaşının qorunması istiqamətində nümayəndəlik tərəfindən hansı işlər görülür?

– Sumqayıt şəhərində Qərbi Azərbaycandan olan minlərlə ailə məskunlaşıb. Onların xatirələrinin qeydə alınması, adət-ənənələrinin, folklor nümunələrinin və maddi-mədəniyyət faktlarının toplanaraq gənclərə ötürülməsi fəaliyyətimizin əsas istiqamətlərindəndir. Xüsusilə gənclərin bu məsələlərə marağının artırılması, onlarda milli təəssübkeşlik hissinin gücləndirilməsi üçün müxtəlif tədbirlər və görüşlər keçiririk. Sevindirici haldır ki, bu gün bizim nümayəndəlikdə ən aktiv fəallar məhz gənclərdir.

– Bu həqiqətlərin dünyaya çatdırılmasında indiyə qədər hansı məqamlar gecikmiş hesab oluna bilər?

– Ən böyük boşluğumuz o olub ki, bu mövzu uzun illər sistemli şəkildə və vahid strategiya ilə beynəlxalq gündəmə çıxarılmayıb. Yəni fərdi təşəbbüslər, ayrı-ayrı alimlərin çıxışları olub, amma dövlət-icma müstəvisində vahid konsepsiya və davamlı informasiya siyasəti tam formada formalaşmamışdı. İkinci bir məqam isə sənədləşdirmə və canlı şahidlərin faktlarının toplanması prosesinin zamanında yetərincə geniş aparılmamasıdır.

Bu gün bu boşluqların aradan qaldırılması istiqamətində genişmiqyaslı işlər görülür. Təbii ki, itirilmiş zamanın yaratdığı müəyyən çətinliklər var. Bununla belə, mən bunu tam gecikmə kimi yox, daha çox indi daha sistemli şəkildə kompensasiya edilən bir mərhələ kimi dəyərləndirərdim. Çünki hazırda həm dövlət səviyyəsində, həm də icma xətti ilə bu həqiqətlərin daha geniş, əsaslı və hüquqi dillə dünyaya çatdırılması istiqamətində ciddi fəaliyyət mövcuddur.

– Bəzi dairələr Qərbi Azərbaycana qayıdış məsələsini siyasi iddia kimi təqdim etməyə çalışırlar. Sizcə, yüz minlərlə insanın doğma yurdlarına qayıtmaq hüququnun müzakirəsini “təhlükə” kimi qələmə vermək tarixi həqiqətləri ört-basdır etmək cəhdi deyilmi?

– Tamamilə doğrudur. Bu məsələni düzgün anlamaq üçün ilk növbədə bəyan etmək lazımdır ki, Qərbi Azərbaycana qayıdış heç bir halda ərazi iddiası deyil. Bu, beynəlxalq hüquqda təsbit olunmuş fundamental insan hüquqlarının bərpası məsələsidir. Heç bir insan öz doğulduğu torpağa baş çəkmək, ata-baba məzarlarını ziyarət etmək və tarixi yaddaşına sahib çıxmaq hüququndan məhrum edilə bilməz.

Təəssüf ki, müəyyən dairələr bu mövzunu qəsdən siyasiləşdirərək mahiyyətini təhrif etməyə çalışırlar. Halbuki söhbət min illərlə həmin ərazilərdə yaşamış dinc insanların zorla, silah gücünə çıxarılmasından gəlir. Bu tarixi faktın inkarı və ya görməzlikdən gəlinməsi nə ədalət prinsiplərinə, nə də beynəlxalq hüquq normalarına sığır.

– Dövlət başçısı İlham Əliyevin Qərbi Azərbaycan məsələsinə verdiyi güclü siyasi dəstək və qayıdışla bağlı mesajları hamımızda böyük ruh yüksəkliyi yaradıb. Bu ali diqqət qayıdış prosesinə necə təsir göstərir?

– Cənab Prezident İlham Əliyevin Qərbi Azərbaycan məsələsini önə çəkməsi, bu mövzuya verdiyi siyasi və diplomatik dəstək prosesi tamamilə yeni müstəviyə qaldırdı. Bu, mövzunun dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunun bariz sübutudur. Məhz bu iradə sayəsində məsələ artıq nüfuzlu beynəlxalq platformalarda, BMT səviyyəsində rəsmi sənəd kimi yayılır və müzakirə olunur.

Qayıdış məsələsi bizim üçün sadəcə bir arzu, nostalji deyil; bu, hüquqi, tarixi və siyasi əsaslara söykənən real bir hədəfdir. Dövlət başçısının bu istiqamətdəki qətiyyətli mövqeyi bizə göstərir ki, proses mükəmməl bir strategiya ilə, mərhələli formada irəli aparılır. Qərbi Azərbaycandan deportasiya olunmuş bütün soydaşlarımız tam əmin olsunlar ki, biz mütləq öz doğma torpaqlarımıza qayıdacağıq. Biz buna ürəkdən inanırıq və bu günü addım-addım yaxınlaşdırırıq.

Gündəm24.az

Qərbi Azərbaycan İcması Sumqayıt Nümayəndəliyi

Oxşarxəbərlər

Prezidentlər Şuşada inşa edilmiş birinci yaşayış kompleksində olublar
Manşet

Prezidentlər Şuşada inşa edilmiş birinci yaşayış kompleksində olublar

23/06/2026 16:20
51
Prezident ÇAĞIRIŞ ETDİ —Ekspert atılacaq addımları AÇIQLADI
Manşet

Prezident ÇAĞIRIŞ ETDİ —Ekspert atılacaq addımları AÇIQLADI

23/06/2026 13:40
55
Prezidentin Şuşada uşaqlarla səmimi görüşü – VİDEO
Manşet

Prezidentin Şuşada uşaqlarla səmimi görüşü – VİDEO

23/06/2026 13:08
56
Prezident ona yüksək vəzifə verdi (FOTO)
Manşet

Prezident ona yüksək vəzifə verdi (FOTO)

23/06/2026 12:04
56
Zaman Barat oğlu İsgəndərov – zəhmətin, xeyirxahlığın və insanlıq məktəbinin daşıyıcısı
Manşet

Zaman Barat oğlu İsgəndərov – zəhmətin, xeyirxahlığın və insanlıq məktəbinin daşıyıcısı

23/06/2026 12:02
74
Tarixin izlərini qoruyan mahal – Loru haqqında bilmədikləriniz
Manşet

Tarixin izlərini qoruyan mahal – Loru haqqında bilmədikləriniz

23/06/2026 11:14
74

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Prezidentlər Şuşada inşa edilmiş birinci yaşayış kompleksində olublar

Prezidentlər Şuşada inşa edilmiş birinci yaşayış kompleksində olublar

23/06/2026 16:20
51
Pirşağıda dənizdən qum çıxarılması müzakirə yaratdı – FHN açıqlama verdi

Pirşağıda dənizdən qum çıxarılması müzakirə yaratdı – FHN açıqlama verdi

23/06/2026 15:32
59
27 yaşlı aktrisa təcili əməliyyat olundu

27 yaşlı aktrisa təcili əməliyyat olundu

23/06/2026 15:28
55
Putindən ŞOK ELAN: “NATO bizimlə müharibəyə hazırlaşır”

Putindən ŞOK ELAN: “NATO bizimlə müharibəyə hazırlaşır”

23/06/2026 15:12
55

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Ramiz İsmayılov: “Qərbi Azərbaycana qayıdış hüququ tarixi ədalətin bərpası məsələsidir”

Ramiz İsmayılov: “Qərbi Azərbaycana qayıdış hüququ tarixi ədalətin bərpası məsələsidir”

23/06/2026 13:17
68

Tarixin izlərini qoruyan mahal – Loru haqqında bilmədikləriniz

Tarixin izlərini qoruyan mahal – Loru haqqında bilmədikləriniz

23/06/2026 11:14
74

Pəmbək kəndi: Göyçənin dağlar qoynunda qalan qədim yurdu

Pəmbək kəndi: Göyçənin dağlar qoynunda qalan qədim yurdu

22/06/2026 11:17
58

Peskovdan sərt açıqlama: “Kiyev üçün vəziyyət tezliklə fəlakətli olacaq”

Peskovdan sərt açıqlama: “Kiyev üçün vəziyyət tezliklə fəlakətli olacaq”

19/06/2026 14:52
55

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.