Rusiya ordusunun oktyabrın 14-də Ukrayna paytaxtı Kiyevə hava hücumu zamanı azərbaycanlı ailənin də mənzili ziyan görüb.
Gündəm24.az Report-a istinadən xəbər verir ki, Desnyanski rayonunda Beydullayevlərə məxsus mənzil dağıntılara məruz qalıb.
Belə ki, ballistik raket binanın yanına düşüb. Zərbələr zamanı ailənin oğlu İsmixan Beydullayev evdə olub. Xoşbəxtlikdən onun həyatı təhlükəsizlikdədir.
Ümumilikdə Kiyevdə ölənlərin sayı 5, yaralananların sayı 20 nəfərə çatıb.














