Belarusda nüvə silahının döyüş istifadəsi və nüvə dəstəyi ilə bağlı hərbi təlimlər başlayıb. Təlimlər Rusiyanın iştirakı ilə keçirilir.
Gündəm24.az xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumata görə, raket qüvvələri və aviasiya bölmələrinin iştirak etdiyi təlimlər Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin rəhbərliyi altında keçirilir.
“Təlimlərin əsas məqsədi müasir silahların, xüsusən də xüsusi sursatların istifadəsinə hazırlığı artırmaqdır. Təlimdə həmçinin şəxsi heyətin planlaşdırılmamış ərazilərdən tapşırıqları yerinə yetirmək və döyüş əməliyyatlarını təşkil etmək qabiliyyəti yoxlanılacaq”, – məlumatda qeyd olunub.
Təlim zamanı Belarus qüvvələri Rusiya tərəfi ilə birlikdə nüvə sursatlarının çatdırılmasını və istifadəyə hazırlanmasını məşq edəcəklər.














