“Rusiyada yeni səfərbərlik planlaşdırılmır”.
Gündəm24.az globalinfo.az-a istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə keçirdiyi brifinqdə bildirib.
O, Finlandiya Prezidenti Aleksandr Stubbın Rusiyada ümumi səfərbərliyin baş verə biləcəyi ilə bağlı açıqlamasına belə cavab verib:
“Bu mövzu gündəmdə deyil”.
30 martda A.Stubb Rusiya Silahlı Qüvvələri arasında cəbhədə böyük itkilər olduğunu iddia edib.
O, bunun Rusiyanın ümumi səfərbərliyə ehtiyac duyacağı bir vəziyyətə gətirib çıxaracağını bildirib.














