Rusiyada mikroavtobus piyadaları vurdu: qadın öldü, 3 uşaq ağır yaralandı
Gündəm24.az Ridus.ru istinadən xəbər verir ki, Rusiyanın Tuva Respublikasının inzibati mərkəzi olan Kızıl şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Sərnişin mikroavtobusu yol keçidində beş nəfərlik piyada qrupunu vurub. Qəza nəticəsində 46 yaşlı qadın aldığı xəsarətlərdən reanimasiyada dünyasını dəyişib.
Hadisə zamanı 3 və 11 yaşlı iki uşaq travma şöbəsinə yerləşdirilib. Bir yaşlı uşaq isə ağır vəziyyətdə reanimasiyaya alınıb. Digər 44 yaşlı qadına tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
Bildirilib ki, mikroavtobusun sürücüsünün sərnişin mikroavtobusu idarə etmək üçün müvafiq lisenziyası olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Sədaqət Həsənova
Gündəm24.az













