Rusiyanın Başqırdıstan Respublikasının Sterlitamak şəhərində yerləşən “Solneçnıy” ticarət kompleksində yanğın baş verib.
Bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.
Baş verən yanğın dörd nəfərin həyatına son qoyub. Daha doqquz nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Dünyasını dəyişənlərdən üçü bacıdır.
İlkin ehtimallara görə, hadisəyə qısaqapanma səbəb olub.
Xilasedicilər binadan 17 nəfəri, o cümlədən bir uşağı təxliyə ediblər.
Hadisə ilə bağlı araşdırmalar aparılır.














