Estoniyanın keçmiş ədliyyə kansleri Yulle Madise and içərək ölkənin yeni prezidenti vəzifəsinin icrasına rəsmən başlayıb.
Gündəm24.az xəbər verir ki, inauqurasiya mərasimi ölkənin milli ictimai yayımçısı olan ERR tərəfindən yayımlanıb.
Mərasim Estoniya parlamenti iclas zalında keçirilib.
Prezident vəzifəsinin icrasına başlayarkən Madise ölkənin Konstitusiyasına və qanunlarına riayət edəcəyinə dair öhdəlik götürüb.













