Paytaxtın bəzi ərazilərində qaz olmayacaq.
Gündəm24.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, qaz xətləri üzərində aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 10:00-dan etibarən Sabunçu və Qaradağ rayonlarında bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.














