Sumqayıt Təmizlik Departameni Sumqayit24.az-ın işıqlandırdığı problemlə bağlı açıqlama verib.
Qurumdan bildirilib ki, 13-cü mikrorayonda, 33 və 34 nömrəli tam orta məktəblərin, eləcə də uşaq bağçasının yaxınlığındakı ərazidə yığılan tullantılar artıq daşınıb. Habelə sınıq konteynerlərin ən qısa zamanda yenilənəcəyi vəd edilib.
Qeyd edək ki, bu gün redaksiyamıza müraciət ünvanlayan şikayətçi ötən ilin noyabr ayında əraziyə qoyulan zibil konteynerlərinin cəmi bir neçə ay sonra yararsız vəziyyətə düşdüyünü bildirib. Konteynerlərin sınması və deformasiyaya uğraması nəticəsində tullantılar ətrafa səpələnir və antisanitariya yaranır.














