İran bu ilin əvvəlində kütləvi etirazlar zamanı təhlükəsizlik qüvvələrinə atəş açmaqda ittiham olunan Siyavuş Cəmşidi edam edib.
Gündəm24.az xəbər verir ki, bu barədə İranın məhkəmə sistemi ilə əlaqəli olan Mizan xəbər agentliyi məlumat yayıb.
Mizanın məlumatına görə, Camşidi etirazlar zamanı polis əməkdaşlarına atəş açmaqda ittiham olunub.
İran hakimiyyəti mobil telefon məlumatlarının təhlilinin onun müntəzəm olaraq etirazlarda iştirak etdiyini və odlu silahdan istifadə etdiyini təsdiqlədiyini açıqlayıb.














