Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verib.
Gündəm24.az musavat.com-a istinadən xəbər verir ki, Mansur Yavaş bu barədə rəsmi sosial media hesabında bəyanat yayıb.
O, son dövrlərdə səsləndirilən müəyyən açıqlamalara etiraz olaraq CHP sırasından ayrıldığını qeyd edib.
Mansur Yavaş bundan sonrakı siyasi fəaliyyətinə müstəqil şəkildə davam edəcəyini xüsusi vurğulayıb.
Qeyd edək ki, bir qədər əvvəl CHP-nin keçmiş sədri Özgür Özel 90 millət vəkili ilə birlikdə partiyadan istifa edərək “Yeni Partiya” adlı siyasi təşkilat yaratdığını elan etmişdi.
Xatırladaq ki, CHP-nin 4-5 noyabr 2023-cü il tarixlərində keçirilmiş 38-ci qurultayının nəticələri məhkəmə tərəfindən ləğv olunub. Ankara Məhkəməsinin qərarına əsasən, Özgür Özel sədrlik vəzifəsindən kənarlaşdırılıb, partiyanın sabiq lideri Kamal Kılıçdaroğlu isə yekun qərar qəbul edilənədək müvəqqəti olaraq sədr postuna bərpa olunub.














