Böyük Britaniyanın səhiyyə naziri Ues Stritinq Baş nazir Kir Starmerə inamını itirməsi səbəbindən istefa verdiyini bəyan edib.
Gündəm24.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Stritinq əminliyini ifadə edib ki, Starmer rəhbəri olduğu Leyboristlər Partiyasını növbəti seçkiyə aparmayacaq.
Britaniyanın siyasi analitiklərinin fikrincə, 43 yaşlı siyasətçi partiya lideri postunda Starmerin ən güclü rəqiblərindən biridir. İstefa qərarının onun üçün leyboristlərə rəhbərlik etmək imkanını açacağı düşünülür./Oxu.Az/













