ABŞ-də yaşayan həmyerlimiz, əslən Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndindən olan Nəimi Amiral bu ölkənin Pakistandakı hərbi attaşesi vəzifəsinə təyin olunub.
Gündəm24.az xəbər verir ki, bu barədə onun dostu Elnur Eltürk sosial şəbəkədə məlumat yayıb.
Qeyd edək ki, o, bu təyinatadək ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci donanmasında xarici əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışıb.(oxu.az)













