“Stansiya Sumqayıt”da baş vermiş qəza ilə bağlı bəzi detallar məlum olub.
Məlumata görə, iridiametrli su kəməri partlayıb, küçəni, evlərin həyətlərini su basıb.
Sakinlər deyiblər ki, bəzi fərdi yaşayış evlərinin zirzəmiləri ilə yanaşı, otaqlarına da su dolub.
Qəza barədə məlumat daxil olan kimi aidiyyəti qurumların qəza-bərpa briqadaları hadisə yerinə cəlb olunub.
Xatırladaq ki, redaksiyamız 24 oktyabr tarixində “Stansiya Sumqayıt” kimi tanınan Şəfəq qəsəbəsində kommunal qəza ilə bağlı xəbər paylaşım edib.
Ətraflı “Xəzər Xəbər”in süjetində.











