Sumqayıtda ətrafa yayılan sıx tüstü sakinlərin narahatlığına səbəb olub.
Sumqayit24.az-a daxil olan məlumata görə, şəhərdə fəaliyyət göstərən zavodlardan çıxan tüstü qatı diqqət çəkib.
“Dünəndən bu cür vəziyyət yaranıb və bir sutkadan çox davam edib”, – deyə sakinlər qeyd ediblər.
Şikayətçilər ətrafa yayılan tüstünün sağlamlıqlarına mənfi təsir göstərə biləcəyindən narahatdırlar və problemin aradan qaldırılması üçün aidiyyəti qurumlardan zəruri tədbirlərin görülməsini istəyirlər.













