İsrail Hərbi Hava Qüvvələrinin Tehran yaxınlığında həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində İran İslam İnqilabı Keçikçiləri Korpusunun (SEPAH) iqtisadi sütunlarından biri olan yüksək rütbəli komandir Məhəmməd Raca Əşrəfi Kahi məhv edilib.
Gündəm24.az xəbər verir ki, Əşrəfi SEPAH-ın “neft qərargahı”nda ticarət əməliyyatlarına cavabdeh olan əsas şəxs idi. Onun rəhbərlik etdiyi qərargah beynəlxalq sanksiyalardan yan keçərək neft satışından əldə edilən milyardlarla dolların idarə olunmasını və bu vəsaitlərin SEPAH-ın hərbi güclənməsinə yönəldilməsini təmin edirdi.
Məlumata görə, Əşrəfinin idarə etdiyi maliyyə şəbəkəsi təkcə SEPAH-ı deyil, həm də Yaxın Şərqdəki proksi qüvvələri – husiləri, “Hizbullah” və “Həmas”ı maliyyələşdirirdi. Bu “neft dollarları” birbaşa olaraq İsrail və Körfəz ölkələrinə qarşı istifadə edilən ballistik raket və PUA sistemlərinin inkişafına sərf olunurdu.
İsrail mənbələri bildirir ki, bu zərbə SEPAH-ın iqtisadi infrastrukturuna və regiondakı terror şəbəkələrinin təchizat zəncirinə endirilmiş ağır zərbədir./NOCOMMENT.az













