Cümə axşamı, Sentyabr 24, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

TƏCİLİ XƏBƏRDARLIQ! Rusiya 3 Avropa ölkəsinə qarşı hücuma başlayır

24/09/2026 08:28
Dünya
821 8
TƏCİLİ XƏBƏRDARLIQ! Rusiya 3 Avropa ölkəsinə qarşı hücuma başlayır
686
Paylaşım sayı
953
Baxış sayı

ABŞ kəşfiyyatı Avropa hökumətlərinə Rusiyanın pilotsuz uçuş aparatları (PUA) vasitəsilə həyata keçirə biləcəyi yeni əməliyyat barədə məlumat ötürüb.

Gündəm24.az   xəbər verir ki, “El Mundo” nəşrinin yazdığına görə, potensial hədəflər kimi İspaniya, Fransa və İtaliyanın adı çəkilir.

Dronların isə Aralıq dənizindəki ticarət gəmilərindən buraxılacağı ehtimal edilir.

Rusiya bu əməliyyat üçün “Gerbera” pilotsuz uçuş aparatlarından istifadə edə bilər. Onların ticarət gəmilərindəki konteynerlərdə daşınması və dənizdən buraxılması nəzərdə tutulur.

Litva Müdafiə Nazirliyinə yaxın mənbə bunun “nəqliyyat konteynerində gizlədilən və dənizdən buraxılan” dronlar olduğunu bildirib.

“Bu, heç də çətin deyil”, – deyə mənbə qeyd edib.

“Gerbera” dronunun uzunluğu təxminən 2 metr, qanad açılımı 2.5 metr, çəkisi isə 18 kiloqramdır. Bəyan edilən maksimal uçuş məsafəsi 600 kilometrə qədər olsa da, faktiki məsafə yüklənmədən və hava şəraitindən asılı olaraq dəyişə bilir.

Mənbələrin qiymətləndirməsinə görə, sahildən 200-300 kilometr məsafədən buraxılış 1 saat 15 dəqiqədən 2 saatadək davam edən uçuşu təmin edə bilər.

Eyni zamanda, bu cür pilotsuz aparatlar iri obyektlərin genişmiqyaslı dağıdılması üçün nəzərdə tutulmayıb. Təxminən 4–5 kiloqramlıq partlayıcı yükə malik olan bu dronlar yanğın törədə, açıq havadakı avadanlıqlara ziyan vura, eləcə də liman və hava limanlarının fəaliyyətini müvəqqəti olaraq iflic edə bilər.

Mənbələrin verdiyi məlumata görə, Avropa ölkələri ehtimal olunan əməliyyat barədə xəbərdarlığı Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliffin avqustun 25-də Moskvaya etdiyi məxfi səfərdən sonra alıblar.

“Wall Street Journal” və “Politico” nəşrlərinin yazdığına görə, Retkliff Moskvaya NATO-ya qarşı olası hücum və ya təxribatın ağır fəsadları barədə xəbərdarlıq etmək üçün yola düşmüşdü.

İspaniya, Fransa və İtaliya hökumətləri də bu ölkələrdən birinə qarşı dronların tətbiqi ilə ehtimal olunan əməliyyat barədə məlumatlandırılıb.

Bir neçə hərbi analitik Avropa Xarici İşlər nazirlikləri arasında paylanmış MKİ məruzəsindən xəbərdar olduqlarını təsdiqləyiblər. Onların sözlərinə görə, sənəddə ehtimal edilən hücumun ətraflı təsviri yer alıb.

Materialda qeyd olunur ki, Rusiya Ukraynaya silah, kəşfiyyat məlumatları və hərbi yardım tədarükünə görə Qərb ölkələrini müharibənin birbaşa iştirakçısı kimi nəzərdən keçirməyə hazır olduğunu çoxdan bəyan edir.

Eyni zamanda, Moskva Ukraynanı dəstəkləyən ölkələrdə təxribat kampaniyasını gücləndirsə də, indiyədək NATO-nun koordinasiyalı cavabına səbəb ola biləcək addımlardan çəkinib.

İndi potensial hədəflər arasında İspaniya, Fransa və İtaliyanın adı çəkilir. Hər üç ölkədə 2027-ci ildə seçkiöncəsi kampaniyaların və seçkilərin keçirilməsi planlaşdırılır.

Rusiyanın hərbi strategiyası üzrə ixtisaslaşan britaniyalı analitik Kir Caylz vurğulayıb ki, Rusiyadan coğrafi uzaqlıq təhlükəsizliyə təminat vermir:

“Hədəf mütləq ön cəbhədəki ölkələr olmayacaq. Hədəf Avropanın ən zəif nöqtəsinin olduğu yer olacaq”.

O bildirib ki, kifayət qədər inteqrasiya olunmuş hava və raketdən müdafiə sistemlərinə malik olmayan ölkələr potensial həssas nöqtələrə çevrilə bilər.

Analitikin sözlərinə görə, belə bir əməliyyatın gözlənilən məqsədi infrastrukturun miqyaslı məhvi deyil, Rusiyanın Avropanın arxa cəbhəsinə zərbələr endirmək qabiliyyətini nümayiş etdirmək ola bilər.

Mümkün ssenarilər arasında hava limanının müvəqqəti bağlanması, yanğınların törədilməsi, hərbi baza üzərində uçuşların həyata keçirilməsi və ya infrastruktur obyektlərinə ziyan vurulması göstərilir.

“Rusiya hər hansı bir hərəkətin davamlılığın və mülki müdafiənin olmaması, eləcə də siyasi qeyri-sabitlik fəsadlarına görə harada daha böyük təsir göstərəcəyini diqqətlə izləyir”, – deyə Caylz izah edib.

“Gerbera” dronlarının dənizdən buraxılması ideyası daha əvvəl də nəzərdən keçirilib. Ukraynanın “Defense Express” nəşri hələ bir il əvvəl bu cür dronların gəmilərdə daşınması və beynəlxalq sulardan buraxılması imkanları barədə yazıb.

Mətndə Rusiyanın dronları gəmilərdən buraxmaq üzrə əvvəlki təcrübələrinə də toxunulur. 2020-ci ildə Rusiyanın “ZALA” istehsalçısı hərəkətdə olan gəmidən nümayiş etdirici buraxılışlar reallaşdırıb, 2024-cü ilin oktyabrında isə analoji eksperimentlər dəniz platformasında bərpa olunub.

Fevral ayında İsveç hərbi-dəniz bölməsi Öresund boğazında Rusiyanın “Jiqulevsk” radiotexniki kəşfiyyat gəmisindən havalandığı bildirilən dron aşkar edib. İsveç qurğunu sıradan çıxarıb və bu uçuşu öz hava məkanının pozulması kimi qiymətləndirib.

Sentyabrın 14-də Rusiya hərbi gəmisi Baltik dənizinin beynəlxalq sularında planlı müşahidə aparan Danimarka hərbi helikopterinə doğru iki xəbərdarlıq raketı fırladıb.

Ayrıca olaraq, mətndə son vaxtlar Polşa sahilləri yaxınlığında aşkar edilən “Gerbera-2” modeli xatırladılır. Verilən məlumatlara görə, dronun detonatorlu qəlpəli döyüş başlığı və təxminən 4 kiloqram partlayıcı maddəsi olub. Eyni zamanda, bu dronun dənizdən buraxılmadığı, Kalininqraddan Litva vasitəsilə gəldiyi ehtimal olunur.

Mənbələrin qiymətləndirmələrinə görə, Rusiyan bu addımda bir neçə məqsəd güdür: Ukraynaya olan dəstəyi zəiflətmək, NATO daxilində nifaq salmaq və Avropa ictimaiyyəti arasında təşvişi artırmaq.

Polşa da analoji məlumatlar almaqdadır. Baş nazir Donald Tusk Ukraynanı dəstəkləyən ölkələrə qarşı Rusiya dronlarının və ya raketlərinin hücum ehtimalı barədə xəbərdarlıq edib.

Litvanın xarici işlər naziri Kyastutis Budris isə bildirib:

“Rusiya gizlənməyəcək. Biz sadəcə nəticələrdən yayınmalıyıq”.\\musavat.com

Oxşarxəbərlər

Trampla bağlı plan Polşanı qarışdırdı: “Utancvericidir!”
Dünya

Trampla bağlı plan Polşanı qarışdırdı: “Utancvericidir!”

24/09/2026 12:12
952
“Artsax” deyən kimi qiyamət qopdu
Dünya

“Artsax” deyən kimi qiyamət qopdu

24/09/2026 12:12
953
Ərdoğanı haqlı çıxaran GÖRÜNTÜ: BMT-nin acınacaqlı vəziyyəti BU FOTODA
Dünya

Ərdoğanı haqlı çıxaran GÖRÜNTÜ: BMT-nin acınacaqlı vəziyyəti BU FOTODA

24/09/2026 12:05
960
Dünyaca məşhur model Bakıda – VİDEO
Dünya

Dünyaca məşhur model Bakıda – VİDEO

24/09/2026 11:43
953
BMT tribunasından Rusiyanı HƏDƏLƏDİ
Manşet

BMT tribunasından Rusiyanı HƏDƏLƏDİ

24/09/2026 00:37
963
Türkiyə İraqdakı bazanı tərk edir – Ərdoğan açıqladı
Dünya

Türkiyə İraqdakı bazanı tərk edir – Ərdoğan açıqladı

23/09/2026 23:26
956

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq

Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq

24/09/2026 12:30
951
Dərman alarkən BUNU bilməlisiniz – Apteklərdə qiymətlərlə bağlı MÜHÜM AÇIQLAMA

Dərman alarkən BUNU bilməlisiniz – Apteklərdə qiymətlərlə bağlı MÜHÜM AÇIQLAMA

24/09/2026 12:21
958
Bu gün axşamdan hava kəskin dəyişir – Xəbərdarlıq

Bu gün axşamdan hava kəskin dəyişir – Xəbərdarlıq

24/09/2026 12:19
957
“Artsax” deyən kimi qiyamət qopdu

“Artsax” deyən kimi qiyamət qopdu

24/09/2026 12:12
953

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Göyçənin qədim kəndi – Canəhmədin TARİXİ

Göyçənin qədim kəndi – Canəhmədin TARİXİ

24/09/2026 08:27
958

Qərbi Azərbaycanın qədim kəndi – Keflin SİRLİ TARİXİ

Qərbi Azərbaycanın qədim kəndi – Keflin SİRLİ TARİXİ

23/09/2026 08:08
964

Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

22/09/2026 08:17
975

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

21/09/2026 08:27
965

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.