Cenevrə danışıqlarından sonra Ağ Ev bəyanat yayıb.
Gündəm24.az xəbər verir ki, danışıqların konstruktiv və məqsədyönlü olduğu vurğulanıb.
“Ukraynanın suverenliyinə tam zəmanət verən, davamlı və ədalətli sülhü təmin edən yenilənmiş, təkmilləşdirilmiş sülh müqaviləsi layihəsi hazırlanıb. Ukrayna nümayəndə heyəti müharibəyə son qoymaq və insan itkisinin qarşısını almaq üçün yorulmaz səylərinə görə ABŞ-yə və şəxsən Prezident Donald Trampa minnətdarlığını bildirib”, – deyə bəyanatda bildirilib.
Məlumata görə, tərəflər yaxın günlərdə birgə təkliflər üzərində intensiv işi davam etdirmək və proses boyunca Avropa tərəfdaşları ilə sıx əlaqə saxlamaq barədə razılığa gəliblər.
Qeyd edək ki, layihə ilə bağlı yekun qərarları Ukrayna və ABŞ Prezidentləri verəcək.
Xatırladaq ki, Cenevrədə 23 noyabr 2025-ci ildə Birləşmiş Ştatların sülh təklifi ilə bağlı Ukrayna və ABŞ nümayəndələri arasında danışıqlar aparılıb.














